Bu problemi həll etməkdənsə, pensiya yaşını gündəmə gətirmək doğru və məntiqli deyil.

5-11-2023, 10:15           
Bu problemi həll etməkdənsə, pensiya yaşını gündəmə gətirmək doğru və məntiqli deyil.
Pensiya yaşı ölkədə, əsasən də hökümət nümayəndələri tərəfindən qeyri- peşəkar səviyyədə müzakirə edilir, çünki Azərbaycanda əsas problem pensiya yaşı deyil, pensiya məbləğlərinin aşağı səviyyədə olmasıdır.
Əgər, pensiya məbləğləri normal dərəcədə ödənildikdən sonra, pensiya yaşının artırılıb-artırılmaması ilə əlaqəli müzakirə aparmaq olar. Ölkəmizdə bir çox hallarda xüsusən də dövlət büdcəsindən maliyyələşən sektorda işçilər təqaüdə çıxmaq istəmirlər.
Onuda qeyd edək ki, bu sahədə 900 minə yaxın şəxs işləyir, bunun səbəbi isə maaşların daha yüksək, təqaüdlərin isə daha aşağı verilməsidir. Bu çox ciddi problemdir, bu problemi həll etməkdənsə, pensiya yaşını gündəmə gətirmək doğru və məntiqli deyil. İnsanların təqaüd yaşının artırılması ilə bağlı məsələdən öncə təqaüdlərin artırılması, əhalinin dolanacaq səviyyədə təşkil olunması təmin edilməlidir.
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.