Putin Avropanın cənub sərhəddində hərbi baza yaradır - "Bloomberg"

6-11-2023, 08:34           
Putin Avropanın cənub sərhəddində hərbi baza yaradır - "Bloomberg"
Rusiya Liviyada hərbi dəniz bazası yaratamqla orada hərbi mövcudluğunu artırmaq niyyətindədir. ABŞ-ın Liviya üzrə keçmiş xüsusi nümayəndəsi hesab edir ki, Rusiyaya bütün Avropa İttifaqını izləmək imkanı verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır.

Agentliyin məlumatına görə, Vladimir Putinlə Liviya Milli Ordusunun baş komandanı (ölkənin şərqinə nəzarət edir) Xəlifə Haftar arasında hərbi razılaşma üzərində iş sentyabrın sonunda Moskvada keçirilən görüşdən sonra işlənib hazırlanmağa başlayıb.

Rusiya hərbi dəniz bazasının yaradılmasında maraqlıdır. Liviya Milli Ordusuna yaxın insanlar Bloomberg-ə bildiriblər ki, o, Liviyanın şərqində, Yunanıstan və İtaliyadan bir neçə yüz kilometr aralıda yerləşən Tobrukda yerləşdirilə bilər.

Bundan əlavə, Rusiya öz istifadəsinə hazırda bir neçə ildir ölkədə olan "Vaqner” özəl hərbi şirkətin muzdlularının yerləşdiyi bir neçə aviabaza ala bilər.

Agentliyin mənbələrinə görə Haftarın öz qüvvələrini Tripolidə beynəlxalq səviyyədə tanınmış Milli birlik hökumətinin hücumlarından qoruyacaq hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Haftar həm də Rusiyanın ona Hərbi-hava qüvvələrinin pilotları və xüsusi təyinatlıların təliminəyardım etməsini istərdi.

Rusiyanın Liviyada möhkəmlənməsi Ukraynada Kremllə qarşıdurmaya gedən ABŞ və onun avropalı müttəfiqləri üçün yeni problem yaradacaq. ABŞ-ın Liviya üzrə keçmiş xüsusi nümayəndəsi Conatan Veyner agentliyə bildirib ki, ABŞ administrasiyası bu təhlükəni "çox ciddi qəbul edir. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın Aralıq dənizində peyda olunmasının qarşısını almağa çalışıb. "Əgər Rusiya orada limanlar əldə etsə, ona bütün Avropa İttifaqına casusluq etmək imkanı verəcək”, - deyə Vayner bildirib.

Rusiyanın Liviyadakı hərbi baza ilə bağlı danışıqları onu göstərə bilər ki, Rusiya prezidentinin strateji planları indi təkcə Ukrayna ilə məhdudlaşmır.

Hələlik Rusiyanın Aralıq dənizində yalnız bir hərbi dəniz bazası var - Suriyanın Tartus şəhərində.

Moskva həmçinin Qırmızı dənizdə hərbi-dəniz bazası yaratmaq imkanı axtarır (məsələn, Sudanda yerləşə bilər). Bu, Rusiyaya Süveyş kanalı, Hind okeanı və Ərəbistan yarımadasına daimi çıxış imkanı verəcək.
The Wall Street Journal yazır ki, "Vaqner”in yaradıcısı Yevgeni Priqojinin ölümündən sonra Putin Kremlin Afrikadakı əməliyyatlarını idarə etmək üçün yeni sistem qurub. Afrikada "Vaqner”i prezidentin dostları Gennadi Timçenko və Arkadi Rotenberq tərəfindən maliyyələşdirilən digər iki özəl hərbi şirkət – "Redut” və "Konvoy” ilə əvəz olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.