Ölkədə "İsrail-Fələstin" adlı ictimai dartışma salıb, gücləndirmə ilə, əslində altda Antiazərbaycan prosesi aparılır plan üzrə

7-11-2023, 00:05           
Ölkədə "İsrail-Fələstin" adlı ictimai dartışma salıb, gücləndirmə ilə, əslində altda Antiazərbaycan prosesi aparılır plan üzrə
Bu arada Yaxın Şərq qovğası adı altında bizim Azərbaycanda qızğın ictimai ziddiyyətlər gedir, heç bir ölkədə baş verməyən dərəcəli, dünyəvi aydınlıqla, cəhalət-zülmət arası. Arada 2-cilər xeyli hay-küy, zorba üstünlüyü də əldə edirlər, süni yaradılmış "dünyəvi cihad" təsiri, həvəsilə. Səbəb isə, ölkəni cəhalətə çəkən İran, itələyən Rusiya cütlüyü kolonlarına bu dəfə, Atatürkün Cumhuriyyətini hazırda təəssüf ki, boğuntuda saxlayan böyük dindar cahil yobaz ordusunun bizdəki təmsilçilərinin də cütlüyə qoşulmasıdır.
Ölkədəki pozucu cütlüyün, üçlüyə çevrilməsilə.
Və müşahidə bunu göstərir ki, Yaxın Şərqdəki savaşın Azərbaycanda dartışmasını yaratmaq, əslində planlı olaraq ölkəmizi hədəfə almaqdır. Orta Doğudakı proseslərə yeni bir im. Hüseyn faciəsi rəngi vermək, Qəzzadakı İsraillə Həmas arası savaşı Kərbala müsibəti kimi təqdim edib cəmiyyətin hisslərində oynayıb mili-dövlətçilik ruhundan çıxarmaqla, ictimai-siyasi qarışıqlığı yaratmaqdır. Ölkəni ictimai-siyasi qarşıdurma, sərt ictimai bölücülük poliqonuna çevirməkdir,
Azərbaycan dövlət quruluşuna qarşı təhlükəli.
Bəli, bu gün, həmin 3-lük bu missiyanı daşıyır.
Ancaq, alınmır görünür, Azərbaycanda cəhalət zəfəri. Ölkənin iqtidarı, həm müxalifəti və əksər cəmiyyəti siyasi mövqeyindən asılı olmayaraq, şükr olsun ki, dünyəvi təbiətlidir. Sübut olunur ki, Allahın öz, münasib bildiyi təyini ilə Qafqaz və Avropa coğrafiyalı olan Azərbaycanı heç bir cahil qüvvə "buksirə" qoşub, Cənubun orta əsr geriliyi, yobazlığı səhralarına sürükləyə bilməz.
Nəticə.
Qənaətim budur ki, ölkədə "İsrail-Fələstin" adlı ictimai dartışma salıb, gücləndirmə ilə, əslində altda Antiazərbaycan prosesi aparılır plan üzrə. Bunu bilək. Xalqımız, dövlətimiz ehtiyatlı olsun.
Ilqar Altay
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.