Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq Ermənistanı xilas edə bilər - GƏLİŞMƏ

7-11-2023, 00:08           
Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq Ermənistanı xilas edə bilər - GƏLİŞMƏ
Bu gün beynəlxalq ekspert qiymətləndirmələri Ermənistanın mümkün “zonal bölgüsü”nü müzakirə edir. İstisna deyil ki, baş verən hadisələr son nəticədə kiçik Ermənistanın Türkiyə, Rusiya, İran və Avropa Birliyinin təsir zonalarına bölünməsinə gətirib çıxaracaq.

Bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib.

“Gələcəyə indiki əzilmiş vəziyyətimizlə getməyə məcburuq. İstəməsək də, bizi aparacaqlar. Keçmişi səhv başa düşməyə və bu günü yanlış qiymətləndirməyə davam etsək, gələcəyimizi öz əllərimizlə cəhənnəmə çevirə bilərik”, - o bildirib

TEREF.AZ-ın xəbərinə görə, Vahe Ovannisyanın sözlərin “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, hazırda Ermənistan cəmiyyətində ümumi bir məğlubiyyət və qorxu panikası höküm sürür:

“Sözü gedən məğlubiyyət və qorxu eyforiyasını müxtəlif formalarda erməni ekspertlər cəmiyyətə ötürməyə çalışırlar. Azərbaycan və Türkiyə Ermənistana sülh və formlaşacaq regional iqtisadi, siyasi və tranzit komunikasiya imkanlarından istifadə etməyi təklif edir. Hər hansı bir formada Azərbaycan və Türkiyənin Ermənistan ərazilərinə iddiası mövcud deyil. Buna baxmayaraq bu gün Ermənistanın hansısa zonalara bölünməsi ilə bağlı erməni cəmiyyətinə fikir aşılmaq özü böyük bir absurdluğu ifadə edir”.

T. İsmayılov Paşinyan və komandasının faktiki olaraq öz ərazilərini müxtəlif xarici güc mərkəzləri üçün peşkəkə çevirdiklərini vurğulayıb:

“Hazırda Ermənistanın bir tərəfində Avropa İttifaqının mülkü müşahidə missiyası adı altında Qərbin hərbi komissarları fəaliyyət göstərir. Gümrüdə Rusiya hərbi bazası var. Qafanda İran konsulluğu adı altında SEPAH agentləri var. Ermənistan hakimiyyətinin hazırda ərazilərini tikə-tikə müxtəlif güc mərkəzlərinin ovucuna atması reallıqdır. Bu gün Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq əslində Ermənistanı xilas edə bilər. Bu baxımdan Azərbaycan və Türkiyənin Ermənistanı hansısa zonalara birləşdirmək və yaxud özünün tərkibə qatmaq kimi ideası yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.