İran və İsrail səfirləri Bakıda bir-birinə hərbə-zorba gəlir...

7-11-2023, 10:15           
İran və İsrail səfirləri Bakıda bir-birinə hərbə-zorba gəlir...
İsrailin Azərbaycandakı səfiri Corc Dik İranın Azərbaycandakı səfiri Abbas Musəvinin Twitter-X şəbəkəsində hədə xarakterli paylaşımına münasibət bildirib.
İsrailli diplomatın “İran rejiminin səfiri” postu “peşəkardan pulsuz məsləhət” təklif edir. Dik əlavə edib ki, Musəvi İsraili məhv etməklə və onu ölümlə hədələyərkən ciddi qəbul olunmaq istəyirsə, o, “hörümçək toru” müqayisəsindən əl çəkməlidir, çünki İsrail diplomatının fikrincə, hörümçək toru poladdan beş dəfə möhkəmdir.
Bundan əvvəl İranın Azərbaycandakı səfiri Abbas Musəvi X-də paylaşım edib və İsrailin Azərbaycandakı səfirini hədələyib. Musəvi yazısında bu mərhələdə Qəzzadakı vəziyyət baxımından HƏMAS döyüşçülərinin İsrail üçün kifayət etdiyini və İsrailin hörümçək torundan zəif olduğunu yazıb. O əlavə edib ki, İran məsələyə müdaxilə edərsə, İsrail Nil çayında deyil, Aralıq dənizində basdırılacaq. Musəvi qeyd edib ki, İsrail üçün nicat yoxdur, indi bütün dünya İsrailə qarşıdır və bütün dünya kimi Azərbaycan müsəlman xalqı da İsrailə qarşıdır.
Təqdim etdiyim bu xəbəri Ermənistan mediası yayıb. Onlar da bu prosesi yaxından izləyir. Təbii ki, ermənilər bu qarşıdurmada İrandan yanadır...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.