ADY haqqında 3 xəbər var.

7-11-2023, 00:00           
ADY haqqında 3 xəbər var.
Biri xoş xəbər, biri pis xəbər, biri də düşündürücüdür.
1. Xoş xəbər odur ki, ADY ilk dəfə olaraq böyük satınlalmalarını şəffaf keçirməyə başlayıb. Artıq ilk dəfə olaraq bu qurumun da tender nəticələri mediada görsənir və ictimai müzakirə predmeti olur. Bu yaxşı haldır. Əvvəllər geç vaxt bu tip məsələlər gündəmə çıxmayıb, qapalı olub.
2. Pisi odur bu qurumda tenderi, onun texniki şərtlərini kim hazırlayıbsa şübhələnmək üçün əsaslar var ki satınalma qaydaları ciddi olaraq pozulub.
Əvvəlcədən başqalarının hüquqlarını məhdudlaşdıran texniki şərtlər müəyyən edilib.
Qalib İT şirkətlər SmartİT və İnfinitech olub.
Artıq bu haqda məlumat verulib ki, bir noutbuk ADY üçün az qala 12 min manata başa gəlib. Alınanlar isə
Dell kompüterləri olub.Bu baş verənlər, doğru bir hal deyil.
Yeri gəlmişkən, son zamanlar bu DELL kompüterlərinin dövlət qurumları tərəfindən alqı-satqısında problemlər müşahidə olunur. Ümid edirəm Antiinhisar da bunu müşahidə edib.
ADY-nin aldığı həm 4 milyonluq Palo Alto kibertəhlükəsizlik platforması, həm də digər avadanlıqların qiymətləri ciddi müzakirə predmeti ola bilər.
Ümid edirəm ADY rəhbərliyi bu tip texniki şərtlərdən xəbərsiz olub və araşdıracaq
3. Maraqlıdır ki , ADY bir sıra proqram təminatları üçün lisenziyalar da satın alıb. Amma ölkədə bir müddət öncə bu lisenziyaları böyük dövlət resursları hesabına elə AzİnTelecom da əldə etmişdi .
Düşündürücü məqam odur ki, görəsən ADY nə üçün eyni "mətbəxdə" olduğu AzİnTelecom resurslarından istifadə etməyib.
P.S. Ölkədaxili əsas dəmiryol marşrutlarının indiyədək işləməməsi və nə vaxt işləyəcəyi ilə bağlı məsələ isə bir başqa müzakirə mövzusudur.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.