Üç il öncə: 16 kənd işğaldan azad edilmişdi - SİYAHI + FOTO

7-11-2023, 08:28           
Üç il öncə: 16 kənd işğaldan azad edilmişdi - SİYAHI + FOTO
Bu gün bir neçə kəndin Ermənistanın işğalından azad edilməsindən üç il ötür.

Oxu.Az xatırladır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə, noyabrın 7-də Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Qubadlı, Xocalı və Xocavənd istiqamətlərində uğurlar qazanıb.

Füzuli rayonu üzrə Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri işğaldan azad olunub.

Cəbrayıl rayonunda isə Yuxarı Məzrə, Yanarxac kəndlərində işğala son qoyulub.

Həmin gün Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri, Zəngilanın isə Beşdəli kəndi işğaldan azad edilib.
Noyabrın 7-də Azərbaycan Ordusu Xocalıdan iki kəndi - Qarabulaq və Baharlını geri alıb.

Xocavəndə gəlincə, Ataqut və Hünərli kəndləri işğaldan təmizlənib.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru