23 saatlıq əməliyyatdan sonra Araik, Bako və Qukasyan “sülhməramlı”ların qərargahında olublar.. - Şahramanyan dedi ki...

25-11-2023, 10:05           
23 saatlıq əməliyyatdan sonra Araik, Bako və Qukasyan “sülhməramlı”ların qərargahında olublar.. - Şahramanyan dedi ki...
Gorbagor(!) “artsax”ın Ermənistana keçə bilmiş sonuncu qondarma “prezidenti” “Samvel Şahramanyanın dünən İrəvanda 44 günlük müharibənin şəraitini araşdıran komissiyada dindirilməsi məxfi, lakin isti atmosferdə keçib”.

Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” nəşri yazıb.

Məlumata görə, qaçaq “prezident” səlahiyyət dairəsinə aid olan bütün suallara problem yaratmadan cavab verib.

Xatırladıllır ki, S.Şahramanyan müharibədən 4 ay əvvəl o vaxtkı separatçı-terrorçu rejimin qanunsuz “milli təhlükəsizlik xidməti”nin direktoru, 44 günlük müharibə zamanı isə “hərbi vətənpərvərlik, gənclər, idman və turizm” “naziri” olub.

Ondan soruşublar ki, o, “artsax” çıxılmaz vəziyyətdə olanda niyə “prezident” postunu tutmağa razılaşıb, niyə “artsax”ın buraxılması haqqında fərmanı imzalayıb. O, konkret cavab vermədən keçmiş “prezident”lərin son günlərdə Qarabağdakı “həyatı, harada yaşadıqları və s. haqqında uzun və incə bir hekayə danışıb”. Şahramanyan Azərbaycan ordusunun 23 saatlıq əməliyyatından sonra keçmiş “prezident”lərin, yəni hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın, Bako Saakyanın, Arkadi Qukasyanın Rusiya “sülhməramlı”larının Xocalı hava limanındakı qərargahında, digər rəsmilərin isə “daxili işlər naziri” Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib.

Yanacaqdoldurma məntəqəsində 200-dək erməninin ölümün ilə nəticələnmiş maye qaz çəninin partlamasının guya “azərbaycanlılar tərəfindən törədilmiş terror aktı olub-olmaması ilə bağlı sualı cavablandıran Şahramanyan əmin edib ki, bu, müvafiq qurumların səhlənkarlığının nəticəsidir”.

Erməni nəşri bildirir ki, daha sonra “eks-prezident” Ermənistanda siyasətlə məşğul olmayacağına, Paşinyan hakimiyyətinə qarşı “artsax” xalqının mübarizəsinə rəhbərlik etməyəcəyinə əmin edib. “O, dövlətin içində dövlətin olmasının əleyhinə olduğunu, lakin Azərbaycanın dövlət institutlarını qoruyub saxlamağın yollarını axtarmaq lazım olduğunu bildirib. İclas “Vətəndaş sazişi” üzvlərini o qədər həyəcanlandırıb ki, sorğudan sonra parlamentdə süfrə açaraq Şahramanyanı şərəfləndirmək qərarına gəliblər”- erməni qəzeti belə yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.