Azərbaycanda ruscanın son cümləsidir... - HƏQİQƏTƏN DƏ...

25-11-2023, 21:28           
Azərbaycanda ruscanın son cümləsidir... - HƏQİQƏTƏN DƏ...
Azərbaycanda ruscanın son cümləsidir...
Adı Çingiz,
Soy adı Abdullayev.
Adı üstündədir, Monqolun varisidir.
Soy adı Abdulla islamlaşıb.
Sovet ağlının İngilis dedektiv janrına qarşı hazırladığı "xüsusi təyinatlı" yazıçı olaraq ortaya çıxdı,
Yazı yazmadı, yaşanan yazıla bilinməyənləri yazmaq icazəsi aldı.
Yazdı, ancaq yazmaq nədir Bilmədi.
Oxudu, oxumaq nədir bilmədi.
Bir ömrü bir tək zövqü üçün yaşadı,
Bu zövqü əldə edəcək həyat üçün dünya qurmadı,
Qurulan dünyanı qorumağa çalışdı.
Bu gün O yenə ortadadır,
Ancaq can verir.
Dünənlə bu gün arasında onu qoruyacaq tək şey Dilidir.
O təmsil etdiyi Dili yaşadandır,
Azərbaycanda ruscanın son cümləsidir.
İndi dərdimiz nədir?
Monqol kimliyi ilə tarixə girənlər tarixi dəyişdilər,
Mənaları isə dəyişə bilmədilər.
Yenə yeni moqolla qarşı qarşıyaq,
Monqol tarixin içində itmədi yenidən meydandadır,

Yeni tarixdə yerini almağa çalışır.
Məsələ isə
Dünənki moqol türkcəyə məğlub olmuşdu,
Tarixin dərinliklərində bitmişdi.
Yeni Çingizlərin isə məsələsi Dildir.
Cümləsi olmayan moqol yeni cümlə qura bilmədiyi üçün sözü çürüdür.
Söz isə bizli də, bizsiz də əbədi yaşayacaq cümlələri nə vaxt quracağını bilir.

Müəllif: İdris HEYDƏRLİ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.