Ağcabədidə Şəhid ailələrinə xüsusi diqqət var... - REPORTAJ

30-11-2023, 10:51           
Ağcabədidə Şəhid ailələrinə xüsusi diqqət var... - REPORTAJ
Əslində Ağcabədiyə səfərimiz təsadüfi olsa da, yaddaqalan oldu. Keçmiş cəbhə bölgələrindən birinə gedərkən yolüstü Ağcabədiyə dəyməyi jurnalist dostlarımız da bəyəndi. Rayon barədə reportajımız olacaq. Nə yalan deyək, hər halda Ağcabədi də digər bölgələrimz kimi ölkədəki ümumi inkişaf siyasətinə layiqincə ayaq uydurmaqdadır, desək, yanılmarıq.... (bu barədə yazımız olacaq...). Hələliksə, bu yurdun qəhrəman övladlarından biri olan - 44 günlük Vətən Savaşı şəhidi Hüseynov Mirəli Arif oğlunun ailəsini ziyarət etməyimizdən danışacağıq...

***

Hüseynov Mirəli Arif oğlu 15 oktyabr 1996-cı ildə Ağcabədi şəhərində anadan olub. II Qarabağ müharibəsi zamanı döyüşlərin ilk günündən cəbhəyə yollanıb. 28 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ağcabədi şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Mirəli Hüseynov "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi,Vətənə əmanət bir övladı var.

***

Qeyd edim ki, şəhidimizin adı rayonda əbədiləşdirilib. Bir zamanlar özünün də yaşadığı, hazırda isə ailəsinin yaşamaqda olduğu küçə indi şəhidimizin adını daşımaqdadır. Ümumiyyətlə, Ağcabədidə şəhidlərimizə xüsusi diqqətin olduğunu da hiss etdik. Yəni söhbət əkcə Şəhid Hüseynov Mirəli Arif oğlundan getmir. Digərlərinə - onların yadigarlarına və xatirələrinə anoloji gərəkən münasibət var. Bu isə kemiş cəbhə xəttinə yaxın olan və 44 günlük müqəddəs savaşda sinəsini irəli verərək zərbələr alan Ağcabədimiz üçün olduqca müsbət təzahürdür. Hər halda, yerli sakinlər bu münasibətdən məmnundurlar...

Elə yerli rəhbərliyin şəhid ailələri və qazilərə münasibəti də təqdir olunasıdır. Yerli RİH-in internet saytındn oxuyuruq ki, icr başçısı öz ad gününü məh şəhid ailəsi ilə birgə qeyd etməyə üstünlük verir ki, bu da ölkədəki - paytaxxtdakı ümumi ab-havanın Ağcabədiyə qədər uzantısı kimi anlaşılmlıdır....

****


Belə bir təəssüratda şəhidimiz Hüseynov Mirəli Arif oğlunun ailəsinə baş çəkdik. Onlara təbii ki, kimsə itirdiklərini qaytara bilməz... Amma diqqət və qayğı da önəmlidir... Onlar isə bu qayğı ilə rəsmən əhatə olunmuşdular.... Həm Prezidentdən, həm də yerli rəhbərlikdən ağızdolusu tərifli sözlərlə danışan şəhid ailəsinin içindəki kədəri isə sezməmək mümkün deyildi...

Hə, bizlər onlara borcluyuq... Dövlət olaraq... millət olaraq.... Şükür ki, Ağcabədidə bu borcun ödənişi rəsmi olaraq ürəkaçandır... Bunu şəhidimizin ailəsi dedi...

Azər FİKRƏTOĞLU
Bakı-Ağcabədi-Bakı
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.