Ermənistan MTN-dən Telman Qasımovun İrəvan çəkilişinə cəfəng reaksiya - DETALLAR

6-12-2023, 18:08           
Ermənistan MTN-dən Telman Qasımovun İrəvan çəkilişinə cəfəng reaksiya - DETALLAR
Azərbaycanlı hərbi ekspert Telman Qasımovun bir neçə gün əvvəl İrəvanda, doğulduğu və yaşadığı məhəllə, bina ilə bağlı çəkilişlər apardığı və dekabrın 5-də yaydığı video ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti cəfəngiyatla dolu açıqlama verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Təhlükəsizlik Xidməti iddia edib ki, Qasımov sözügedən videonu hələ 2017-ci ildə çəkib.

MTN-dən bildiriblər ki, guya 2017-ci ilin noyabrında ikili vətəndaşlıq sahibi “A. TO." Qasımovun “doğulub boya-başa çatdığı” binanın videosunu çəkib ona göndərib.

“Altı il sonra Qasımov erməni cəmiyyətində çaxnaşma salmaq və Azərbaycan tamaşaçıları arasında “reytinqi”ni yüksəltmək üçün videonu montaj edərək ona səsini də əlavə edib”-Ermənistan MTN belə bir gülünc açıqlama ilə çıxış edib və erməni cəmiyyətini sakitləşdirməyə absurdcasına cəhd göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru