Azərbaycanda epidemiya elan olunur? -

7-12-2023, 00:01           
 Azərbaycanda epidemiya elan olunur? -
Azərbaycanda qızılcaya yoluxma halları son zamanlar artır. Xüsusilə məktəblərdə yoluxma halları daha çox yayılıb. Ümumiyyətllə, dünya üzrə qızılcaya yoluxma hallarının sayı artır. Rumıniyada isə yoluxmanın artması ilə əlaqədar olaraq, qızılca epidemiyası elan edilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib” , - Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Maraqlıdır, ölkəmizdə də yoluxmaların artdığını nəzərə alarsaq, qızılca epidemiya elan oluna bilər?

"Cebhe.info"-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, epidemioloji vəziyyət idarəolunan vəziyyətdir:

“Hazırda yoluxmaların sayının artmasını müşahidə edirik. Amma epidemioloji vəziyyət idarəolunan vəziyyətdir. Bu dəqiqə fokuslanmalı olduğumuz durum uşaqların evdə müalicə olunaraq vəziyyətlərinin ağırlaşmasına yol verməməkdir. İkinci məsələ isə xəstələnməmiş, sağlam olan uşaqların vaksinasiyasını təmin etməliyik. Epidemioloji nəzarət baxımından, məktəblərdə yoluxma artdıqca, lokal tədbirlər görülə bilər. Amma hazırda ümumi statistika vaksinasiya istiqamətində daha güclü tədbirlər görməyimizi şərtləndirir”.

Deputat bildirib ki, böyük ajiotaja ehtiyac yoxdur:

“Məndə olan məlumatlara görə, proses nəzarət altındadır. Hazırda böyük ajiotaja düşməyimizə ehtiyac yoxdur. Çalışmaq lazımdır ki, yoluxmalar artmasın, ölüm halları olmasın. Bölgələrdə də vaksinasiyanın sürətləndirilməsi barədə məlumatlarımız var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.