İkinci şans: Kiyev Vaşinqtonun köməyini gözləsin?

8-12-2023, 10:34           
İkinci şans: Kiyev Vaşinqtonun köməyini gözləsin?
Bu, Ukraynaya qarşı səsvermə deyil, söhbət ABŞ-da baş verən daxili siyasi hadisələrdən gedir

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsinin səsverməyə çıxarılmasını əngəlləyib. 106 milyard dollar məbləğində əlavə maliyyənin ayrılmasını nəzərdə tutan sənəd (bu məbləğin 61 milyardı Ukraynaya yardım üçün ayrılmalı idi) ABŞ Konqresinin Senatında keçirilən prosessual səsvermə zamanı kifayət qədər səs toplaya bilməyib. .

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova qeyd edib ki, bu, qanun layihəsinin yaxın vaxtlarda yenidən səsverməyə çıxarılmasının mümkünlüyünü istisna etmir. Axı diplomatlarla görüşlərdə senatorlar əmin ediblər ki, bu, Ukraynaya qarşı səsvermə deyil, söhbət ABŞ-da baş verən daxili siyasi hadisələrdən gedir. Xüsusilə, Respublikaçılar Partiyasının nümayəndələri qanun layihəsinə ABŞ-ın cənub sərhədi məsələsi - immiqrasiya siyasətində dəyişikliklərin daxil edilmədiyi təqdirdə beynəlxalq yardımla bağlı mənfi səsverməni əvvəlcədən elan ediblər.

ABŞ Prezidenti Co Bayden isə çərşənbə günü sərhəd siyasətində kompromislərə getməyə hazır olduğunu bildirib.

Ümumiyyətlə, səssiz kömək haqqında danışsaq:

1.Bu, qətiyyən son deyil - demokratlar artıq respublikaçıların mövqelərini nəzərə alaraq düzəliş edilmiş qanun layihəsini təqdim etməyi planlaşdırırlar.

2.Səsvermə ciddi şəkildə partiya xətti ilə keçirildi - təəssüf ki, hətta Tramp tərəfdarı olmayan respublikaçılar üçün də sərhədlər və partiya nizam-intizamı məsələsi beynəlxalq öhdəliklərdən daha vacib oldu.

3.Paket demək olar ki, tamamilə “Bayden paketi”ni təkrar etdi - bu, Ukrayna + İsrail + Tayvan idi, lakin bu dəfə sərhədsiz. Ona görə də, əslində, bu ilin oktyabr ayının ortalarına qayıdırıq...

4.Respublikaçılar hələ çox bəyanatlar verməyiblər, amma dərhal deməyə dəyər: Ukrayna ilə bağlı büdrəmə barədə heç nə yoxdur. Əsas məsələ sərhəd üçün maliyyə çatışmazlığıdır.

5.Gözlənilmədən müstəqil senator Berni Sanders bu layihənin əleyhinə səs verdi, lakin onun üçün əsas problem İsraili dəstəkləməyin yolverilməzliyi idi.

6.Biz növbəti səsverməni gözləməliyik.

Müəllif: Aleksandr Kraev - "Ukrayna Prizması" Xarici Siyasət Şurasının eksperti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.