Bu il yüksək səviyyədə təltif olunanlar və onlardan məhrum edilənlər - SİYAHI

19-12-2023, 08:44           
Bu il yüksək səviyyədə təltif olunanlar və onlardan məhrum edilənlər - SİYAHI
Bu il yüksək səviyyədə təltif olunanlar və onlardan məhrum edilənlər - SİYAHI

Bu il də hər il olduğu kimi bir sıra şəxslər Azərbaycan Respublikasının orden və medallarına layiq görülüblər.

2023-cü ildə orden və medal alan şəxslərlə yanaşı, bundan məhrum edilənlər də olub.

Hurriyyet.Az Ölkə.Az-a istinadla Dövlət başçısının orden və medallarla təltif etdiyi və həmçinin bunlardan məhrum edilən tanınmış şəxslərin siyahısını təqdim edir:

“İstiqlal” ordeni

Bu il “İstiqlal” ordeni ilə tətlif edilən 2 sənətçi var. Onlar Xalq artistləri Rasim Balayev, digəri isə Oqtay Miqasımovdur.

Hər iki sənətkara ordeni Prezident İlham Əliyev şəxsən özü təqdim edib.

“Şərəf” ordeni

Bu il “Şərəf” ordeni ilə təltif olunanlar sırasında Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, nasir, dramaturq və ssenarist Mövlud Süleymanlı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov var.

“Şöhrət” ordeni

2023-cü ildə bu ordenə layiq görülənlər isə Milli Məclisin deputatları Əli Məsimli, Anatoliy Rafailov, Cavanşir Feyziyev, Arzu Nağıyev, Məşhur Məmmədov və müğənni Akif İslamzadə, eləcə də, Xalq rəssamı Arif Hüseynovdur.

“Vətənə xidmətə görə” ordeni

2023-də millət vəkilləri Aqil Abbas, Novruzəli Aslanov, sabiq deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Əməkdar jurnalist, Real TV-nin baş direktoru Mir Şahin Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, millət vəkili Asim Mollazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, sabiq deputat Elmira Axundova isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

“Əmək” ordeni

2023-cü ildə həmçinin Xalq yazıçı Anar Rzayev 1-ci dərəcəli, Xalq artisti Vaqif Mustafayev isə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüblər.

“Qarabağ” ordeni

Geridə qoyduğumuz il həm də Azərbaycan Ordusunun 5 generalı “Qarabağ” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Hikmət Mirzəyev, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “Qarabağ” ordeninə layiq görülüblər.

“Rəşadət” ordeni və “Vətən uğrunda”medalı

Yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncama əsasən, Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir İmanov və Orxan Əsgərov (ölümündən sonra) isə “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

“Tərəqqi” medalı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin sözügedən universitetin əməkdaşlarının təltif edilməsi haqqında imzaladığı Sərəncamla "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev də “Tərəqqi” medalına layiq görülüb.

Təltiflərdən məhrum edilənlər

Bu il dövlət başçısı bir sıra şəxsləri orden və medallarla təltif etsə də, ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilənlər də olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi Mövlam Sıxəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından, adı çəkilən qurumun istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərov isə “Vətən uğrunda” medalından məhrum ediliblər.

Sərəncam hər 3 şəxsin ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunublar.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə M.Şıxəliyev 12 il, Y.Məmmədov 10 il 6 ay və S.Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.