Pivə niyə güclü içkilərdən daha təhlükəlidir?

28-09-2024, 17:44           
Pivə niyə güclü içkilərdən daha təhlükəlidir?
Oksford Universitetinin alimləri müəyyən ediblər ki, mütəmadi olaraq çox miqdarda pivə içmək, orta miqdarda spirtli içkilərdən daha çox sağlamlıq riski yarada bilər.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri “The Lancet”də dərc olunub.
Tədqiqatın müəlliflərindən biri, narkomaniya və toksikologiya sahəsində ekspert, doktor Tom Harrinqton bildirib ki, bir çox insanlar pivəni təhlükəsiz içki hesab edirlər. Bununla belə, alkoqolizm və onun sağlamlıq nəticələri üçün əsas risk faktoru istehlak edilən mayenin miqdarıdır. Daha az güclü pivə tez-tez daha böyük miqdarda istehlak olunur, bu da qaraciyər və böyrəklərə daha çox zərər verir.
Bundan əlavə, pivənin tərkibində yüksək karbohidrat olması sürətli çəki artımına və diabet kimi metabolik pozğunluqların inkişafına səbəb olur.
Onun sözlərinə görə, araşdırma nəticəsində müəyyən edilib ki, pivə içənlərin qanında müəyyən qaraciyər fermentləri və iltihab markerləri normada spirtli içkilər (məsələn, araq) içənlərə nisbətən xeyli yüksəkdir. Pivəyə psixoloji aludəçilik də onun sosial məqbul olması və zərərsizliyin yanlış qəbul edilməsi səbəbindən daha sürətli inkişaf edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.