Plan yaxşı ola bilər e, amma o məşhur lətifədə deyildiyi kimi...

9-01-2024, 11:04           
Plan yaxşı ola bilər e, amma o məşhur lətifədə deyildiyi kimi...
Bakı Şəhərinin Baş Planı 225 səhifəlik sənəddir, mən şəhərsalma, memarlıq üzrə mütəxəssis deyiləm, ona görə də o məsələlərlə işim yoxdur, məni əsas maraqlandıran məsələnin maliyyə yükü və problemlərin həlli yolunun məntiqi maraqlandırır.
Əvvəl onu deyim ki, plan qurarkən rəqəmlərin, məlumatların dəqiqliyi çox önəmlidir, amma plan əvvəldən yanlış rəqəmlərlə başlayır, deyirlər ki, güya, Bakıda cəmi 2,6 mln. əhali yaşayır, 2040-da bu rəqəm 3,2 mln. olacaq – məncə, Bakıda bu gün artıq 3,5 mln. nəfərə yaxın insan yaşayır, qeydiyyatı regionlara, özü isə Bakıda yaşayan yüzminlərlə vətəndaş var, seçki dönəmlərində, imza toplayanda bunu aydın görmək mümkündür. Deməli rəqəmlər artıq yanlış varsayımlar üzərində qurulub.
Planda deyilir ki, 2040-cı ilə qədər Bakıya 93,5 mlrd. manat investisiya qoyulacaq – hardan alacaqlar o qədər pulu?! İlə 6 mlrd. manata yaxın vəsait deməkdir, hələ Qarabağın bərpasına da ildə, ortalama, 5 mlrd. manat lazım olacaq, yəni, 2040-cı ilə qədər ildə tək bu iki istiqat üçün ildə 11 mlrd. manat lazımdır. Bu vəsaiti əldə etmək üçün isə azad və ədalətli investisiya mühitinə, böyük iqtisadi artım tempinə ehtiyac var – ölkə iqtisadiyyatı 2023-də MDB-də ən zəif iqtisadi artım göstərən ölkə oldu, ÜDM cəmi 0,8% artdı, Dünya Bankı və BVF-nun proqnozlarına görə 2024-25-ci illərdə Azərbaycanda ÜDM 2,5% civarında artacaq, elə həmin qurumların meyarlarına görə 2,8%-dən aşağı ÜDM artımı istənilən ölkədə iqtisadiyyatın tənəzzül təhlükəsinə işarədir.
Yaxşı, hökumət 16 ilə Bakı və Qarabağa, işğaldan azad edilmiş torpaqlara 150-170 mlrd. manatı necə əldə edəcək, bəs yaxşı, başqa rayonlar, regionlar da var axı, onlara da ildə 1-1,5 mlrd. manat lazımdır, deməli 16 ilə bu xərclər 200 mlrd. manata çatacaq – iqtisadiyyatı bu günə qoyub necə əldə edəcəklər o vəsaiti?! Mikrosahibkarlara vergini 5%-dən 20%-ə qaldırıb onları çökdürməkləmi?!
Yəni, Plan yaxşı ola bilər e, amma o məşhur lətifədə deyildiyi kimi, “nəylə Alış”....
Natig Jafarli
Teref: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.