Alimlərdən şad xəbər: Xərçəng peyvəndi bu tarixdə hazır olacaq

9-01-2024, 17:48           
Alimlərdən şad xəbər: Xərçəng peyvəndi bu tarixdə hazır olacaq
“Modern” şirkəti bildirib ki, dəri xərçənginin ən ciddi forması olan melanomanın müalicəsində irəliləyiş iki il ərzində reallığa çevrilə bilər. Şirkət 2025-ci ilə qədər bu xəstəliyə qarşı eksperimental peyvəndin hazır olacağını gözləyir.

Bu barədə “Medical Xpress” məlumat yayıb.

Adi peyvəndlərdən fərqli olaraq, terapevtik peyvəndlər bədənin öz immun sistemini işğalçıya qarşı öyrətməklə müalicə edir. “Moderna” şirkətinin baş direktoru Stefan Banselin sözlərinə görə, bu, onkologiyada yeni ümid və ya "immunoterapiya 2.0" deməkdir.

Son klinik sınaqların nəticələri göstərir ki, “Moderna” peyvəndi melanoma xəstələrində residiv və ya ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Bu məlumatlar onkologiya üçün böyük əhəmiyyət kəsb edir.

Alimlər əvvəlki sınaqların nəticələrini təsdiqləmək və ABŞ Qida və Dərman Administrasiyası (FDA) və Avropa Dərman Agentliyindən terapevtik peyvənd üçün təsdiq almaq üçün 2024-cü ildə 1000 nəfəri əhatə edən daha geniş "üçüncü mərhələ" tədqiqatı keçirməyi planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru