Psixoloq yeni qalmaqalın əsasını qoydu: - “Effektlə şəkil çəkdirənlər...”

10-01-2024, 17:23           
Psixoloq yeni qalmaqalın əsasını qoydu: -
“İnsanlar övladlarını doğulduqları gündən etibarən xoş sözlərlə əzizləyirlər. Müəyyən müddət sonra isə həmin tərifləri dayandırırlar və bunu yalnız körpəlik dönəmində etməyin faydalı olduğunu düşünürlər”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, insan həyatı boyu təriflər eşitmək istəyir:

“Yəni uşaqlıqda heç bir səy göstərmədən aldığımız limitliz təriflər kəsiləndə həddindən artıq efor sərf edərək yenidən o qədər tərif eşitməyə çalışırıq. Bunun üçün isə əlimizdən gələni edirik. Əgər ailəmiz təhsilə önəm verirsə, bir neçə universitet oxuyuruq və təhsilimizi davam etdiririk.

Həmçinin, atanın maşınla bağlı həssaslığı varsa, övladı hər gün durub onu təmizləyir. Misalları limitsiz şəkildə artırmaq olar. Buradakı əsas məqsəd təriflənməkdir. Ailəmizin tərifi bizi qane etmədiksə isə, kənar şəxslərdən tərif almağın yolların kəşf etməyə çalışırıq”.

Psixoloqun sözlərinə görə, yaradılış göstərir ki, kişinin qadını tərifləməsi üçün vizual olaraq müəyyən ölçülərin yerində olması lazımdır:

“Bu ölçülər isə insana görə dəyişir. Qadının kişiyə tərif deməsi üçün isə vizuallığın heç bir önəmi yoxdur. Bu, daha çox maddiyatla bağlıdır. Bəzi şeyləri çalışıb əldə etmək olur. Məsələn, çalışıb arıqlamaq və ya kökəlmək olur. Amma bəzi şeylər var ki, onlar insana məxsusdur.

Yəni üzün, dodağın, gözün, qaşın və ya burunun quruluşu yaradılışdan gəlir. Təəssüf ki, insanlar əldə edə bilmədiklərini özlərinə dərd etməyə başlayıblar. Bunu da müasir dövrdə şəkillərə effekt verməklə edirlər”.

Əfsanə Rüstəmova vurğulayıb ki, bəzi insanlar effektlə yaratdıqları şəkillərlə başqalarını deyil, özlərini inandırmaq istəyirlər:

“Hətta bir müddət sonra güzgüyə baxdıqda effektlə hazırladığı üzü görürlər və ya görmək istəyirlər. Əlbəttə bu, çox böyük psixoloji problemdir.

Biz proseslərin ona qədər çatmaması üçün çalışmalıyıq. Müəyyən mənada qadının gözəlliyi makiyajdır. Hər gün makiyaj edə bilməyən qadınlar effektlə buna nail ola bilərlər. Ona görə də bundan müəyyən qədər istifadə etmək olar.

Amma bu, insanın üzünün təbiiliyini pozmayacaq dərəcədə olmalıdır. Yəni effektli şəkildəki insanı həyatda görəndə də onun eyni şəxs olduğunu bilinməlidir. Effektli şəkillər insanı fərqli formada göstərəcək qədər dəyişməsi doğru deyil.

Ümumiyyətlə, hər şəkildə effekt istifadə etmək özgüvənsizlik göstəricisidir. Bu isə insanın özünün əlində olmayan resursları dəyişməyə fokuslanmağından qaynaqlanır. Əslində biz öz əlimizdə olan özgüvən artırıcı resurslara fokuslansaq, effektdən 2 dəfədən daha çox təsir alarıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.