DİN-dən şikayətə operativ reaksiya: Göyçay sakinin şikayəti yerində araşdırılıb və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək

12-02-2024, 18:52           
DİN-dən şikayətə operativ reaksiya: Göyçay sakinin şikayəti yerində araşdırılıb və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək
TEREF yazır ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, yanvarın 25-də Afiq Kərimov polisə müraciət edərək 34 min manat dəyərində xurmanı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbara yığıdığını, qarşılığında Mahmud adlı şəxsə 7 min manat pul verdiyini , ancaq həmin xurmanın anbarda tələf olduğunu bildirərək ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.
Həmin anbarda işləyən Mahmud Namazov isə izahatında xurma yeşiklərini yanvar ayının 15-nə qədər anbarda saxlamasına dair A.Kərimovla əvvəlcədən razılaşdığını, ancaq sonuncunun anbara yığdığı 3780 yeşik xurmadan 96-nı qeyd olunan tarixdə aparmadığını və sonrakı müddətdə soyuducu işləmədiyi üçün həmin xurmaların tələf olduğunu bildirib.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru