“Tiflis təkcə şərab və xəngəldən ibarət şəhər deyil. Burda bizim şə\rəfli əcdadlarımızda yuatır!"

20-02-2024, 11:24           
“Tiflis təkcə şərab və xəngəldən ibarət şəhər deyil. Burda bizim şərəfli əcdadlarımızda yuatır!"
Gürcüstanda məşhur blogerlərdən biri sayılan Zurab İzoria Tiflisin Botanika bağından videoçarx çəkərək Azərbaycanlılara müraciət edib.
Zurab İzoriya Azərbaycan ictimaiyyətinə səslənərək onları Tiflisə gələndə Botanika Bağına da baş çəkməyə dəvət edib:
“Tiflis təkcə şərab və xəngəldən ibarət şəhər deyil. Bura gələndə bir Botanika Bağına da baş çəkin.Bu məkanda sizin çox şərəfli əcdadlarınız uyuyur.Yollarını ot basıb,illərlə onları heç kim ziyarət eləmir”.
Bloger bildirib ki, bu gün mən onları ziyarət edirəm və qarşılarında baş əyirəm.
Çünki bu adamlar Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında, onun ideologiyasının formalaşmasında can qoyublar.
İzoriya bu panteona olan biganə münasibətdən də söz açıb.Qəbrlərə gedən yolda heç bir işarənin olmamasına da tənqidi mövqe sərgiləyib.Bunu hörmətsilik hesab edib.
Həmin panteonda Azərbaycanın görkəmli ədibləri Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundov uyuyur. Onlarla yanaşı Azərbaycanın müstəqilliyi üçün canlarını qurban vermiş,ADR-in baş naziri olmuş Fətəli Xan Xoyski və Həsən bəy Ağayevin də qəbrləri var.
İlqar Zeynalov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru