Rusiya hərbi kontingenti gəldikləri kimi gedməlidirlər....

20-02-2024, 17:39           
Rusiya hərbi kontingenti gəldikləri kimi gedməlidirlər....
Atatürk işğal altında olan İstanbulda gəzişərkən qarşısına çıxan ingilis hərbçiləri üçün “gəldikləri kimi gedəcəklər” ifadəsini işlətmişdi.
İndi biz də Qarabağdakı Rusiya hərbi kontingenti üçün eyni cümləni işlədə bilərik: “Gəldikləri kimi gedəcəklər”.
Xocalıda yerləşdikdən dərhal sonra qaldıqları ərazidə ard-arda heykəllər düzməyə başladılar, bunların içində Aleksandr Nevskinin də heykəli var idi. Bununla Moskva bizə mesaj verirdi ki, Qarabağdan geri dönüşü planlaşdırmır.
Rusiyalı millətçi-şovinist siyasətçi Jirinovski televiziya kanallarından birində yayımlanan proqramda Rusiya hərbi kontingentinin Qarabağda yerləşməsini məmnunluqla qarşılamış və qışqıraraq belə demişdi: “Biz əbədi gəlmişik, heç yerə çıxamayacağıq!”.
Jirinovski bu qışqırıqdan iki il sonra karonivrusdan öldü, heyf Rusiya hərbi kontingentinin bir il sonra Azərbaycan ərazisini tərk edəcəyini görmək ona qismət olmayacaq.
Xocalıda yerləşdirdikləri və Azərbaycana dəxli olmayan heykəlləri də özləri ilə aparmalıdırlar.

Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru