Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

22-02-2024, 08:29           
Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?
İKTA maraqlı bir məqalə dərc edib. Araşdırma aparıblar.
Burada xeyli faydalı məlumatlar var.
İKTA deyir ki, Azərbaycanın intenet bazarının təxminən 85%-nə 10 provayder nəzarət edir. Avropa ölkələrində isə internet bazarının 80-90%-nə, adətən, 3-4 operator və provayderin nəzarət etdiyi bildirilir.
Amma burada incə bir məqam var ?
Nədənsə İKTA açıqlamayıb ki, görəsən Azərbaycanda DÖVLƏT provayderlərinin bazardakı xüsusi çəkisi nə qədərdir ?
Görəsən həmin 85%-ə nəzarət edən 10 provayder arasında bazar necə bölünüb ?
Fikrimcə, daha çox ictimai əhəmiyyət kəsb edənlər məhz bu məqamlardır.
Xatırladıram ki, Azərbaycanın internet bazarında dövlətin xüsusi çəkisi yetərincədir.
Aztelekom və Baktelekom, Azeurotel, Azercell dövlət provayderləridir.
Azercell dövlətləşəndən sonra bazarda dövlətin xüsusi çəkisi daha da artıb.
Yeri gəlmişkən, hazırda RİNN tərəfindən bütün ölkə boyu nəhəng bir internet şəbəkəsi qurulur. Son 2-3 ildə Nazirliyin dəstəyi ilə reallaşan "Onlayn Azərbaycan" layihəsi çərçivəsində 2 milyon evə internet çəkilib. Burada da əsas hissə dövlət (Aztelekom və Baktelekom) üzərindədir. Cari ildə 1 milyon evə keyfiyyətli internet verilməli və bu proses başa çatmalıdır.
Yəni, gözlənti odur ki, bu ilin sonuna Azərbaycan İnternetində dövlətin xüsusi çəkisi xeyli yüksələcək.
Odur ki, düşünürəm tənzimləyici qurum olaraq İKTA da bunların fərqində olmalıdır.
Perspektivdə Aztelekom və Baktelekom-un, Azercell-in özəlləşdirilməsi, RİNN-nin pərakəndə internet bazarından uzaqlaşması istiqamətində Yol Xəritəsi hazırlanmalıdır.
RİNN gələcəkdə pərakəndə internet bazarına, son istifadəçiyə internet satışına hədəflənməməlidir.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru