Ali məktəblərə builki tələbə qəbulunda hansı yeniliklər gözlənilir?

23-02-2024, 08:24           
Ali məktəblərə builki tələbə qəbulunda hansı yeniliklər gözlənilir?
Ali məktəblərə builki tələbə qəbulunda 2 yenilik gözlənilir :
1. Abituriyentlərin seçim edə biləcəyi ali təhsil müəssisələrinin siyahısında Türkiyə -Azərbaycan Universiteti də olacaq.
Əsasən texnoloji ixtisasların ola biləcəyi açıqlanıb.
Bu universitetin hansı ali təhsil müəssisəsi bazasında yerləşəcəyi, yoxsa ayrıca infrastruktura malik olması haqqında hələlik rəsmi açıqlama yoxdur
2. Cari ilin qəbul planında, bəzi universitetlər üzrə əyani və qiyabi ilə yanaşı DİSTANT formada təhsil üçün plan yerlərinin də ayrılacağı gözlənilir.
Hələlik isə, qanunvericilikdə bu təhsil forması nəzərdə tutulsa da, distant formada təhsilin təşkili qaydalarını hökumət təsdiqləməyib.
Bu il UNEC və Qarabağ Universiteti üçün bəzi ixtisaslar üzrə distant təhsil formasında plan yerləri ayrıla bilər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.