Nə qoydular yazayım, Nə qırdılar qələmi!.. Əli Bəy Hüseynzadə - 160...
23-02-2024, 09:22
Nə qoydular söyləyim, Nə kəsdilər dilimi!.. Nə qoydular yazayım, nə qırdılar qələmi - Şeirlər Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin doğum günü münasibətilə şeirilərini təqdim edirik:
Hali-Vətən
Ucundadır dilimin həqiqətin böyüyü; Nə qoydular deyəyim, Nə kəsdilər dilimi!
Bilirmisən cühəla Nə etdilər vətənə? Nə qoydular uyuya, Nə qoydular oyana!..
Durur bilahərəkət, Rəvamı bir diriyə? Nə getmədə irəli, Nə dönmədə geriyə!..
Ədu qırar qapıyı, Biz evdə bixəbəriz, Nə başqa başqalarız, Nə ittihad edəriz!..
Ayıltmadı qələmim Şu türk ilə əcəmi, Nə qoydular yazayım, Nə qırdılar qələmi!.. 1904, Bakı
Yurd qayğusu
Ucundadır dilimin, Həqiqətin əzəmi. Nə qoydular söyləyim, Nə kəsdilər dilimi!..
Bilirmisin cahillər Nə etdilər vatana? Nə qoydular uyusun, Nə qoydular oyana!..
Böylə dumaq uyuşuq, Rəvamı bir diriyə?! Nə getmədə iləri, Nə dönmədə geriyə.
Düşmən qırar qapuyu, Biz içərdə qayğusuz. Nə evləri ayırır, Nə bir evli oluruz!..
Ayıltmadı qələmim Şu türk ilə əcəmi. Nə qoydular yazayım, Nə qırdılar qələmi!.. 1912 İstanbul