Paşinyan dilemma qarşısında

24-02-2024, 08:36           
Paşinyan dilemma qarşısında
Kreml təcili surətdə Nikol Paşinyandan “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub” açıqlamasına aydınlıq gətirməsini istəyib. Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var. O birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu onun zamanını alacaq. Paşinyan ikinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin. Paşinyan tələsdiyinə görə, ikinci varianta üstünlük verə bilər. Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamaldır. Paşinyan Parislə ortaq çalışmalar həyata keçirərkən, Kreml də boş dayanmayacaq. Bununla yeni mərhələyə qədəm qoyuruq.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.