Əli Xamənei müsəlman xalqlara qəzəbləndi: "Sorğu-sual ediləcəksiz..."

24-02-2024, 17:18           
Əli Xamənei müsəlman xalqlara qəzəbləndi:
"Allah müsəlman xalqları öz hökumətlərinə sionist rejimi dəstəkləməyi dayandırmaq üçün təzyiq etmədiklərinə görə sorğu-sual edəcək",- Xamənei deyib.

O, eləcə də islam ölkələri hökumətlərini quranın əmrlərinə tabe olmadıqları üçün Allah qarşısında cavab verməli olacaqlarını söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Əli Xamənei Allahın onun ağzı ilə insanlarla danışdığını, dediklərinin Allahın sözü olduğunu iddia edib.

Xamənei bundan əvvəl də bir neçə dəfə müsəlman ölkələrinin xalqlarına müraciət edib və onları İsraillə diplomatik münasibətləri olan hökumətlərə qarşı çıxmağa çağırıb.

O iğtişaşa çağırışlarına məhəl qoyulmadığı üçün bu dəfə hakimiyyətlərlə yanaşı, müsəlman xalqları da günahlandırıb.

Visiontv.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru