Paşinyandan Bakı ilə münasibətlərlə bağlı TƏCİLİ AÇIQLAMA

5-04-2024, 15:36           
Paşinyandan Bakı ilə münasibətlərlə bağlı TƏCİLİ AÇIQLAMA
"Biz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırıq".

Referans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşü zamanı deyib.

O qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasına, ölkələrin suverenliyinə və yurisdiksiyasına, habelə bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru