Bu templə davam etsə... pensiya yaşı 100-ə qaldırılacaq... - BELƏ HARA GEDİRİK?..

13-06-2024, 09:47           
Bu templə davam etsə... pensiya yaşı 100-ə qaldırılacaq... - BELƏ HARA GEDİRİK?..
Azərbaycanda qadınların pensiya yaşı artırılır. 1 iyul 2024 tarixindən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq, 64-ə çatdırılacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qadınların pensiya yaşının artırılması əmək fəaliyyəti ilə məşğul olan, pensiya yaşı yaxınlaşan vətəndaşlar üçün hansı çətinliyi yaradacaq?
Ümumiyyətlə, kiçik görünən bu dəyişiklik iqtisadiyyatımıza necə təsir edəcək ?
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərar çoxdan verilib. İqtisadçı qeyd edib ki, bir neçə il bundan əvvəl kişilərin pensiya yaşı 63, qadınların 60 idi. Sonra qərara alındı ki, hər ikisi 65 olacaq və hər il 6 ay artırırlar.

İqtisadçının fikrincə, pensiya yaşı insanların iş və əmək qabiliyyətinə uyğun artırılır.

“İnsanların yaşı artır, ömrü uzanır və Dövlət Sosial Müdafiə Fondu da pensiyaları ödəyə bilmir. Bu, bütün dünyada olan problemdir. Yəni yalnız qadınlarla bağlı deyil. Bütövlükdə, kişi ilə qadında pensiya yaşı gərək eyni olsun. Yəni biz əgər gender bərabərliyindən danışırıqsa, yaş məsələsində də eyni olmalıdır”-deyən iqtisadçı bildirib ki, qadınların ömrü Azərbaycanda kişilərin ömründən çoxdur.

Ekspert vurğulayıb ki, bu fərq hər il 6 ay artırılır.

“Bu, artıq bir neçə ildir ki, belədir. Yalnız indi deyil. Bu da yaşa çatanların pensiyanı almaq hüququnu biraz gecikdirir. Bir tərəfdən pensiyanı gec alır. Amma digər tərəfdən onlar pensiyaya da çıxara bilmirlər. Bu gün dövlət qurumlarında işləyənləri pensiya yaşına çatan kimi pensiyaya çıxarırlar. Halbuki, onlar pensiyaya çıxmaq istəmirlər. Yəni bir tərəfdən bu da onların xeyrinədir”-deyə ekspert əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.