"Qardaşımdan sonra elə özüm prezident olacağam..." - Hafiz Hacıyev

1-09-2016, 20:13           
"Qardaşımdan sonra elə özüm prezident olacağam..." - Hafiz Hacıyev
"Azərbaycanda kifayət qədər korrupsioner var, ona görə də Rəsul Quliyev kimi korrupsionerin Azərbaycana gəlməsinə ehtiyac yoxdur".

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, Rəsul Quliyevin ölkyə qayıdaraq nəyəsə nail olması mümkün deyil:

«Rəsul Quliyevə korrupsiya və rüşvətxorluğa görə cinayət işi açılıb və o da ölkədən qaçıb. Gedib Amerikada qalıb elə bilir ki, gəlib Azərbaycanda prezident olacaq. Rəsul Quliyev hansı əsasla düşünür ki, onu dəstəkləyəcəklər? Məgər bu ölkədə hər şey bir regionun boyuna biçilib? Bu saat ölkənin prezidenti var və o, ölkəni uğurla idarə edir. Qardaşımdan sonra da başqası yox, elə özüm prezident olacağam. Rəsul Quliyevin ölkədən xəbəri yoxdur, okeanın o tərəfindən boş-boş açıqlamalar verir. Onun Azərbaycanda nüfuzu yoxdur, bundan sonra da olmayacaq».

Partiya sədri onu da vurğulayıb ki, idarəetmədə regionçuluq, qohumbazlıq kimi məsələlərə son vermək lazımdır: «Bu idarəçiliklə Azərbaycanı bərbad günə salıblar. Rəsul Quliyev düşünməsin ki, Azərbaycan əvvəlki Azərbaycandır. Amma sizə bir şeyi deyim ki, bu gün hakimiyyətin daxilində prezidentə xəyanət edən qüvvələr çalışırlar ki, Rəsul Quliyev gətirsinlər. Çünki Rəsul Quliyev də onlar kimi korrupsionerdir. Başlarının üstündə özləri kimi korrupsioner olsa, xalqı daha rahat talayarlar. İndi onlar Rəsul Quliyevdən ehtiyat variant kimi istifadə eləməyə çalışırlar. Lakin unutmasınlar ki, onların niyyətləri baş tutmayacaq. Ən azından mən bu fikirdə olan xəyanətkarların qarşısında olacağam».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.