Eldar Mahmudovun gəlini 500 mini bankdan necə çəkib? - ŞOK RƏQƏMLƏR

2-09-2016, 21:29           
Eldar Mahmudovun gəlini 500 mini bankdan necə çəkib? - ŞOK RƏQƏMLƏR
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevə qarşı CM-nin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələri əsasnında cinayət işi açılıb. Hazırda məhkəmə prosesi gedir.
Məhkəmə prosesi zamanı Beynəlxalq Bankın vəsaitlərinin kredit və nəğd yolla necə mənimsənilməsinə dair ciddi faktlar səslənir. Həmin olaylarda C.Haciyevin həyat yoldaşı Zamirə Hacıyevanın və qızı Lela Mahmudovanın da (keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini) adları keçir. Xatırladaq ki, Z.Hacıyeva barəsində cinayət işi açılsa da, hazırda xarici ölkədə yaşayır.
Gununsesi.info-nun əldə etdiyi İttiham Aktında bununla bağlı maraqlı faktlar yel almaqdadır. İttham Aktına görə, C.Hacıyev öz qulluq mövqeyindən istifadə etməklə 01 yanvar 2009-cu il tarixdən 04 sentyabr 2015-ci il tarixədək müvafiq qanunvericilik tələblərini pozaraq, özünün, arvadı Hacıyeva Zamirə Şirəli qızının, qızı Mahmudova Leyla Şirəli qızının və digər şəxslərin adlarına plastik kredit kart hesabları açıb. Həmin kredit kartları üzrə kredit tarixçələrində nəzərdə tutulan sənədlər təqdim edilmədən, ayrılmış kreditlərin şərtləri müəyyən olunmadan onların faizsiz və zəmanətsiz rəsmiləşdirilməsini təşkil edib.
Belə ki, C.Hacıyev öz adına açılmış hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 04 sentyabr 2015-ci il tarixədək 30 milyon 628 min 727 ABŞ dolları, 9 milyon 368 min 007 avro, 3 milyon 433 min 931 ingilis funt sterlinqi, eləcə də 8 milyon 616 min 062 manat məbləğində pullar ayırıb.
Arvadı Hacıyeva Zamirənin adına isə açılmış hesablar üzrə 10 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 30 iyun 2015-ci il tarixədək olan müddət ərzində 13 milyon 556 min 279 ABŞ dolları, 2 milyon 793 min 872 avro, eləcə də 4 milyon 600 min 068 manat məbləğində pullar çıxarıb.
Qızı Mahmudova Leylanın (Sabiq MTN rəhbəri Eldar Mahmudovun gəlini) adına açılmış hesablar üzrə 2 ədəd plastik kartlar vasitəsi ilə 01 yanvar 2009-cu il tarixdən 15 aprel 2015-ci il tarixədək olan müddət ərzində 449 min 92 ABŞ dolları məbləğində pulun çıxarılmasından söhbət gedir.
İttiham Aktında qeyd olunana görə, «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin törəmə müəssisəsi olan “Bank “MBA-Moskva” MMC-nin əməkdaşı və digər şəxsləradından plastik kartlar vasitəsilə nəğd pullar çıxarılıb. Bankdan adlarından pul çıxarılan həmin şəxslər isə aşağıdakılardır:
– MMC-nin əməkdaşı İbrahimov Cəmil Urfatoviçin adına açılmış hesab üzrə 1 ədəd plastik kart vasitəsi ilə 14 milyon 155 min 311 ABŞ dolları
– “İnter Tekstil” ASC-nin əməkdaşları Ağayev İbrahim Məhəmməd oğlu və Bağırov Zahid İlham oğlunun hər birinin adlarına açılmış hesablar üzrə 1 ədəd plastik kartlar vasitəsi ilə 15 milyon 759 min 662 ABŞ dolları və 15 milyon 657 min 949 ABŞ dolları,
– Şəxsi sürücüsü Mehdiyev Aydın Həsən oğlunun adına açılmış hesablar üzrə 3 ədəd plastik kartlar vasitəsi ilə 32 milyon 991 min 022 ABŞ dolları, 18 milyon 730 min avro, eləcə də 10.859.802 manat,
– Şəxsi mühafizəçisi Makovski Aleksey Anatolyeviçin adına açılmış hesablar üzrə 4 ədəd plastik kart vasitəsi ilə 1.064.226 ABŞ dolları, 153.899 avro,
– Şəxsi mühafizəçisi Sidorenko Vladimir Borisoviçin adına açılmış hesablar üzrə 4 ədəd plastik kartlar vasitəsi 2 milyon 985 min 269 ABŞ dolları, 1 milyon 268 min 653 avro.
Sənəddə qeyd olunur ki, ümumilikdə özünün, arvadının və daha 7 nəfərin adlarına açılmış 42 ədəd plastik kredit bank kartları vasitəsi 127 milyon 247 min 637 ABŞ dolları, 32 milyon 314 min 431 avro, 3 milyon 433 min 931 ingilis funt sterlinqi və 24 milyon 075 min 932 manat məbləğində pulu- cəmi həmin dövrün məzənnəsi ilə 164.453.364 manat məbləğində vəsaiti həmin kart hesablarından Azərbaycan Respublikası və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, Cəmiyyətin Mərkəzi filialının və “Bank “MBA-Moskva” MMC-nin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxardılıb. Eləcə də POS terminallar vasitəsi ilə və internet üzərindən, habelə özünün və ailə üzvlərinin təyyarə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyaların alınması, təhsil haqqı xərclərinin ödənilməsi, Amerika Birləşmiş Ştatları və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana, restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün özü, arvadı Zamirə Hacıyeva və qeyriləri tərəfindən aparılan əməliyyatlar nəticəsində ona etibar edilmiş külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurub .
Bundan əlavə, C.Hacıyev, öz qulluq səlahiyyətlərindən istifadə edərək, habelə qanunvericilik tələblərini pozaraq, Müşahidə Şurasının qərarı olmadan həmin vaxt Mərkəzi filialının müdiri vəzifəsini müvəqqəti icra edən Abdullayev İlqar İlham oğluna qeyrisi vasitəsilə 19 fevral 2013-cü il tarixdə “Mekon” MMC ilə 4.500.000 manat məbləğində pula dair “Elit Konstrakşn” MMC-nin paylarının alınması üçün kredit müqavilələrinin, 07 mart 2013-cü il tarixdə “Uni Oil” MMC ilə 5.350.000 manat məbləğində pula dair biznes fəaliyyətinin inkişafı üçün müqavilələrinin bağlanmasına və həmin pul vəsaitlərinin Mərkəzi filialdan kənar şəxslər tərəfindən çıxarılmasına dair qanunsuz göstərişlər verib.
Müqavilələrə əsasən alınmış kreditlər üzrə faizlərin hər rübün sonuncu ayının 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulduğu halda, buna əməl edilməyib. Faiz borcunun ödənilməməsi və beləliklə də 837.536,84 manat məbləğində faiz borcunun yaranması nəticəsində «Azərbaycan BeynəlxalqBankı» ASC-nin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
Hazırda sözügedən cinayətlər üzrə iş məhkəmədədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.