Bu dairədən heç bir partiyanın namizədi olmayacaq? - Sədrlər danışdı, səbəbi açıqladılar

10-07-2024, 17:28           
Bu dairədən heç bir partiyanın namizədi olmayacaq? - Sədrlər danışdı, səbəbi açıqladılar
İlk dəfədir ki, ölkəmizin bütün bölgələrində parlament seçkiləri təşkil ediləcək. Artıq 35 ildən sonra Xankındidə Ali Qanunverici orqana seçkilər üçün səsvermə məntəqələri yaradılıb.

Maraqlıdır, partiyaların 122 saylı Xankəndi Seçki Dairəsindən deputatlığa namizədi olacaqmı?

KONKRET.az bu sualla partiya sədrlərinə müraciə edib.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sözügedən dairədən namizədlərinin olmayacağını deyib:

“Çox guman ki, bu dairədən namizədimiz olmayacaq. Çünki, Xankəndidə BQP-nin rayon təşkilatı yoxdur. Lakin, hər hansı layiqli bitərəf namizəd bizə müraciət edərsə, onu dəstəkləyə bilərik. Yeri gəlmişkən, mıskunlaşmadan sonra Xankəndidə partiyanın yerli təşkilatını yaratmaq fikrindəyik”.

Ağ Partiya da Xankəndi üzrə namizədini fəqiqləşdirməyib. Partiyanın sədri Tural Abbaslı bunları deyib:

“Hazırda namizədlərin dəqiqləşdirilməsi prosesi gedir. Hələlik Xankəndi üzrə namizədimiz dəqiqləşdirilməyib. Amma proses davam edir. Yaxın günlərdə üzvlərimizdən kimsə həmin dairədən namizədliyini vermək isrəsə biz partiya olaraq onu dəstəkləyəcəyik”.

Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın Seçki Qərərgahına belə bir müraciətin daxil olmadığını deyib.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə Xankəndidən namizəd olmaq istədiyini etiraf edib:

“Bir ara özüm istəyirdim ki, deputatlığa namizədliyimi Xankəndidən verim. Bəzi məsələlərə görə alınmadı. Mən öz namizədliyimi hazırda yaşadığım Binəqədi ərazisindən irəli sürəcəm. Amma yaxın günlərdə partiya üzvlərimizdən kimsə həmin dairədən namizəd olmaq istəsə, məmnuniyyətlə onu dəstəkləyəcəyik”.

“Xeyr, bu dairədən namizədimiz olmayacaq”, – bunu isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.