“Exspress bank”dan vətəndaşa qarşı diskriminasiya - HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA ŞİKAYƏT

11-07-2024, 08:04           
“Exspress bank”dan vətəndaşa qarşı diskriminasiya -
Tanınmış ictimai fəal, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə “Exspress bank”ın qanunsuz münasibəti ilə üzləşib.

Gununsesi.info bildirir ki, bu barədə ictimai fəal özü sosial şəbəkə hesabında yazıb.

Onun qeydlərini təqdim edirik:

“Ekspress bank”a gəlmişəm.
Cari hesab açmaq və debit kart almaq istəsəm də “uyğun” bilmədilər.

Açıq-aşkar dedilər ki, sən “qara siyahı”dasan. Dedim ki, heç vaxt heç bir bankda kreditim olmayıb, hansısa şübhəli əməliyyatım olmayıb.

Bildirdilər ki, məhkumluğa görə sən bizə uyğun müştəri deyilsən və səviyyən uyğun gəlmir bizim banka.

Bankın bu elədiyi açıq-aşkar tərbiyəsizlikdir. Həm də cinayətdir.

Diskriminasiyanın hər hansı növü və forması Azərbaycan Konsitusiyasına görə qadağandır.

Mənə qarşı edilən bu ləyaqətsiz davranışla bağlı Maliyyə, Daxili İşlər Nazirliklərinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi şikayət ünvanladım.

Prezidentə də rəsmi şikayət ünvanlayacam.

Sabah isə rəsmi qaydada məhkəməyə müraciət edəcəm.

Bankdan mənə qarşı etdikləri davranışa görə 1 milyon manat təzminat tələb edəcəm.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru