Ali Sovetin 1990-cı ildə avtomat lüləsi altında keçirilən məşhur iclası –İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Anar SSRİ-dən nə tələb edib? /VİDEO
14-07-2024, 12:34
34 il əvvəl SSRİ rəhbərliyinin Azərbaycanda törətdiyi qanlı hərbi cinayət xalqımızn qan yaddışına köçüb.
1990-cı ilin yanvarın 20-də sovet ordusunun Bakıya müdaxiləsi nəticəsində yüzlərlə dinc insan öldürüldü, minlərlə şəxs yaralandı. Sovet rəhbərliyi öz ərazi bütvlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqını qanına qəltan etdi.
Həmin qanlı faciə həm də ölkədə siyasi böhran yaratdı. Hərbi müdaxilənin qarşısını ala bilməkdə aciz qalan Azərbaycanın kommunist rəhbərliyi xalqın qarşısına çıxa bilmədi. Mərkəzi Komitənin birinci katibi Vəzirov siyasi postunu tərk edərək Moskvaya getdi.
Qanlı qırğından 2 gün sonra Azərbaycan SSR Ali Sovetinin deputatları toplaşaraq baş vermiş hadisəyə siyasi qiymət verilməsini tələb etdilər. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında kvorum olmasa da 175 deputat zala gələrək iclasda iştirak edib.
İclasda həmçinin AXC İdarə Heyətinin üzvləri İsa Qəmbər və Tofiq Qasımov çıxış edib.
Azpost.info bildirir ki, həmin iclasın video görüntüləri “Youtube” kanalında yayımlaınb.
Bu kadrlarda yarımqaranlıq iclas zalında keçirilən iclas və orada çıxış edən deputatlar əks olunub.
Bu sırada xalq yazıçısı İsmayıl Şıxlı, xalq şairi Bəxtiyar Vahabzadə, AYB sədri, yazıçı Anar, dünya şöhrətli bəstəkar, SSRİ xalq deputatı Arif Məlikov, akademik Miri Cavadzadə, deputat Rafael Allahverdiyevi və digərlərini görmək olur.
Çıxış edənlər Bakıya ordu yeridlməsini kəskin pisləyir, bu qərarı verənlərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
TEREF həmin kadrları oxucularına təqdim edir: