Bakıdakı dollar qıtlığı turistlərin də işini çətinləşdirib –Yeni təkilf var

6-09-2016, 09:12           

Banklar və valyutadəyişmə məntəqələrinin dollar və avronun satışı ilə bağlı məhdudiyyətləri ölkəmizə gələn turistləri çətin vəziyyətə salıb. Belə ki, ölkəsinə qayıdan turist əlində qalan manatı xarici valyutaya dəyişə bilmir.

Bu isə ilk növbədə ölkənin turizm imicinə mənfi təsir göstərir. Bu problemlə qarşılaşan turist çətin ki, növbəti dəfə yenidən ölkəmizə qayıdmaq istəsin.

Problemin həlli üçün ekspertlərin müəyyən təklifləri var. Bu, məhz valyuta mübadiləsində turistlərə bir sıra imtiyazları nəzərdə tutur. İlk olaraq banklar və valyuta dəyişmə məntəqələrində əməliyyat aparılarkən ətraflı qeydiyyatın aparılması zəruridir.

Təklif edilir ki, qeydiyyatdan sonra həmin məntəqələr tərəfindən turistlərə müəyyən sənəd verilsin. Sənədin verilməsində məqsəd həmin şəxsin məhz turist olduğunu təsbit etməkdir.

Sistemin işə salınması ilə yanaşı, aidiyyatı dövlət qurumları tərəfindən xüsusi nəzarət edilməlidir.

Xəzərxəbər.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru