Vergilər nazirliyinin müəmmalı Elman İslamovu... - İTTİHAM VAR
6-09-2016, 13:13
Bu günlərdə bizimdovr.az-a daxil olan məlumatlarda Vergilər Nazirliyində məsul vəzifələrdən birini tutan Elman İslamovun fəaliyyətində müşahidə olunan özbaşınalıqlardan bəhs edilir. Təqdim olunan məlumata görə, Elman İslamov bəzi vergi idarələrində yerləşdirdiyi məmurların əliylə Bakı şəhərində və ətraf qəsəbələrdə özəl biznes sahəsində çalışan bir sıra sahibkarlardan mütəmadi olaraq əlavə aylıq haqq yığımlarını həyata keçirir. Bu xüsusda aldığımız müraciətlərdən birində deyilir: “Elman İslamovun himayəsində olan kiçik çinli vergi məmurları sahibkarları hədələməkdən belə çəkinmirlər. Ölkə rəhbərliyi, şəxsən cənab prezident İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini nə qədər vurğulayırsa, iş adamlarını incitməməyi məmurlardan nə qədər çox tələb edirsə, Elman İslamovun işçiləri də bizi bir o qədər çox sıxışdırırlar. İlin əvvəlində, ortasında və sonunda gələn müfəttişlərin bizdən vergi adı ilə aldıqları pulu hesabladıqda məlum olur ki, il ərzində əldə etdiyimiz qazanclarımızı bütünlüklə bu şəxslərə vermişik. Elman İslamov bu gün də öz “payını” yığmaqdan vaz keçməyib. İndinin özündə də kiçik ticarətlə məşğul olan fziiki şəxslərdən pul tələb olunur, alınmayanda isə, büdcə kəsiri bəhanəsilə haqq ödəmələrində israr edirlər. Hətta Elman İslamov bəzi istehsal müəssisələrinə, fəaliyyətini dayandırmış ticarət obyektlərinə xüsusi qərarla müfəttişlər yollayaraq pul tələb etdirir....”
Digər tərəfdən isə, aldığımız başqa bir məlumatda dövlət başçısının köməkçilərindən birinin qohumu olan Elman İslamovun əxlaqa zidd hərəkətlərindən bəhs edilir. Bu xüsusda redaksiyamıza açıqlama verən mənbə, bu vergi məmurunu hətta öz yaxınlarına qarşı belə törətməkdən çəkinmədiyi, son dərəcə iyrənc əməllərdə ittiham edir. Təsəvvür edin ki, hətta “sensasiya” təəssüratı yaratmaq xatirinə olsa belə, biz əldə etdiyimiz məlumatın təfərrüatlarını açıqlamağa qərar verə bilmədik. Bununla belə, müvafiq orqanlar tərəfindən araşdırma aparılacağı təqdirdə (biz isə buna çox ümid edirik), əlimizdə olan bütün məlumatları əlbəttə ki, tələb olunan instansiyaya təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.