Azərbaycan və İsrail iqtisadi, təhlükəsizlik, turizm, energetika sahələrində müzakirələr aparıb
26-07-2024, 08:29
İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn Azərbaycanda səfərdədir.
Yakov Blitşteyn iyulun 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, iyulun 25-də isə iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib.
Rəsmi məlumatlara görə, görüşlər zamanı ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat istiqamətlərində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.
Görüüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində Azərbaycan-İsrail əməkdaşlığı üçün əlavə imkan yarandığı qeyd edilib.
İyulun 25-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbaovla İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yakob Blitşteynin görüşündə İsrail şirkətləri ilə birgə investisiya layihələri, biznes ictimaiyyəti ilə əlaqələrin gücləndirilməsi, ticarət, sənaye, innovasiya və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın təşviq edilməsi məsələləri diqqət mərkəzində olub.
https://twitter.com/MikayilJabbarov/status/1816351327548542988?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1816351327548542988%7Ctwgr%5E54482b5c74c1ffa4b28f3b7a3da244b304e87467%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.amerikaninsesi.org%2Fa%2F7712500.html