AĞDAMIN İŞĞALI - HƏQİQƏT, FAKT VƏ SÜBUTLAR

26-07-2024, 10:30           
AĞDAMIN İŞĞALI - HƏQİQƏT, FAKT VƏ SÜBUTLAR
Bir çoxları Ağdamın işğal gününü 23 İyula təsədüf edir. Amma mən 23, 24 və 25 iyul hələ Ağdamda idim. Şiddətli döyüş gedirdi artıq şəhərin içində, amma Ağdamlılar doğma torpaqlarının hər bir qarışına görə, hər bir evə amansız döyüş aparırdılar. Və bu gün düşünürəm onların şücayəti qiymətləndirilməlidir!
Şükür Allaha ki, 1-ci Qarabağ müharibəsini anbaan çəkdiyimdən bu gün video dərsliklərimiz və vacib sübutlarımız var.
Bəli, Azərbaycan Xalqı Qarabağı tam azad etdi - bu böyük zəfərdir. Buna görə ilk növbədə 1-ci və 2-ci Qarabağ müharibələrinin Şəhidləri, mərd özünümüdafiyyə batalyonları, könüllülər və başda Ali Baş Komandan olmaqla nizamlı ordumuza minnətdarıq. Lakin tariximizi unutmamalıyıq. Müharibədə nəinki düşmən, eyni zamanda daxili satqınlarda savaşmağa əngəl olur. Bu torpaqlara bir dəfə qəsd edənlər bunu bir dəfə də edə bilərlər. Düzdür onlar bu gün zəyifdir və mənəvi qırılıblar, amma vaxt bütün yaraları sağaldır və dünyanın işini bilmək mümkün deyil. Müharibədən ən azı bir nəfər siyasi və ya iqtisadi qazanc əldə edə bilərsə, müharibənin olması labüddür. Koçaryan və Sarkisyanları unutmayaq.
Bu səbəbdən Ağdamın və digər rayonlarımızın işğal günlərini mediyamız mütləq şəkildə qeyd etməli və bütün Xalqa daim bizə qarşı təcavüzü nümayiş etməlidir. Sülh istəyiriksə - müharibəyə daim hazır olmalıyıq və başımıza gələn dərdləri unutmamalıyıq.
ANS Müharibə vaxtı materialları rus və azərbaycanca yayımlayırdı. Bəzi hallarda biz erməni dilində də verilişlər edirdik ki, əks tərəfin planlarını poza bilək... İnformasiya müharibəsi gedirdi. Düşünürəm bu gün də bu müharibə davam etməlidir. Əsas odur ki, qələbəmiz bizi filin başına qaldırsa da onun qulağında yatmayaq.
Vahid Mustafa Yev
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.