Sülh sazişi REAL DEYİL... - Yeni savaş isə...
26-07-2024, 18:06
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı çatıb. Saziş Cənubi Qafqazın iqtisadi potensialını üzə çıxarmağa imkan verəcək. Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını üzə çıxaracaq sülh sazişini imzalamağın vaxtı çatıb.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın bir il ərzində imzalanması qeyri-mümkün görünür" - PolitoloqPolitoloq bildirib ki, sülh sazişinin yaxın bir il ərzində imzalanması qeyri-mümkün görünür:
"Belə görünür ki, qısa müddət ərzində, ən azından bu il ərzində Ermənistan hansısa bir referenduma və konstitusiya dəyişikliyinə gedə bilmir. Belə olan təqdirdə də, sülh sazişinin yaxın bir il ərzində imzalanması qeyri-mümkün görünür.Son dövrlər Avropa qurumları tərəfindən Ermənistana müxtəlif vədlərin verilməsi, yardımların ayrılması, Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı ortaq anlaşmanın olması, Ermənistanın ərazilərində Avropa İttifaqının mülki missiyası adı altında təxribat qurumlarının olması və Fransanın Ermənistanı dayanmadan silahlandırması Ermənistanın sülhdən yayınmasına səbəb olur.
Erməni tərəfinin sülh sazişi ilə bağlı manipulyasiya etməsi onu göstərir ki, Ermənistan sülh sazişini tez zamanda imzalamaq istəmir. Son dövrlər Avropa qurumları tərəfindən Ermənistana müxtəlif vədlərin verilməsi, yardımların ayrılması, Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı ortaq anlaşmanın olması, Ermənistanın ərazilərində Avropa İttifaqının mülki missiyası adı altında təxribat qurumlarının olması və Fransanın Ermənistanı dayanmadan silahlandırması Ermənistanın sülhdən yayınmasına səbəb olur".
Politoloq Paşinyanın pozitiv bəyanatlar versə də, əslində praktikada Ermənistanın heç bir formada sülhlə razılaşmadığını bildirib:
"Ermənistanın sülh sazişi məsələsində manipulyasiyalara getməyi həm də onunla bağlıdır ki, bu məsələdə Paşinyan pozitiv bəyanatlar versə də, əslində praktikada Ermənistanın heç bir formada sülhlə razılaşmadığını göstərir. Bildiyimiz kimi, sülh sazişi çox geniş anlayışdır. Tamamilə yetkin və bitkin, geniş sülh sazişinin imzalanması üçün mütləq şəkildə Azərbaycan ərazilərinə qarşı olan iddialar Ermənistan konstitusiyasından çıxarılmalıdır. ABŞ prosesə daha ciddi nəzarət etməlidir".