Benzinin keyfiyyəti yoxlanılmalıdır – İqtisadçı

30-07-2024, 10:10           
Benzinin keyfiyyəti yoxlanılmalıdır – İqtisadçı
Qiymət artımından sonra sürücülərdən benzin və dizelin keyfiyyəti, ən əsası da sürüş məsafəsi ilə bağlı çoxsaylı şikayətlər var. Məsələn, əvvəllər 10 litr Aİ 92 ilə 100 km sürmək mümkün idisə, indi həmin həcm 75-80 km məsafəyə bəs edir.
Tribuninfo.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli danışıb. İqtisadçı bildirib ki, yanacağın keyfiyyəti laboratoriyada yoxlanılmalıdır:

“Benzinin keydiyyəti ilə bağlı çoxsaylı belə iddialar var, media münayəndələri, jurnalist dostlar da, demək olar ki, hər gün bu məsələ ilə bağlı şərh istəyirlər, amma mən bu iddiaları nə təsdiq, nə də təkzib edə bilmərəm axı, bunun üçün ciddi yoxlamalar, monitoriq aparılmalı, yanacağın keyfiyyəti laboratoriyalarda yoxlanılmalıdır.
Bəs bu məsələ haqqında ictimayyəti kim bilgiləndirməlidir – bəli, İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti. Onlar isə hər işlə məşğul olma imitasiyası yaradırlar, bircə birbaşa səlahiyyətlərinə aid heç nə etmirlər.

Əslində bu Xidmətin birbaşa borcudur ki, yayılan iddialara aydınlıq gətirsin, rəsmi açıqlama versin – həm istehlakçıların hüquqlarını qorumağa borcludurlar, həm də antiinhisar qanunveciliyinə görə bu addımı atmalıdırlar. Çünki pərakəndə yanacaq bazarında iki şirkət, “Azpetrol” və “SOCAR” hegamondurlar. Qanunvericiliyə görə Xidmət məlumat verməlidir ki, bu iki şirkət pərakəndə yanacaq satışında neçə faizlik paya malikdirlər, əgər 33%-dən çox bazara nəzarət edirlərsə, Xidmət birbaşa onların işinə müdaxilə etmək hüququna malikdir.

Sözün qısası, sürücülərin bu narazılığına rəsmi reaksiya vermək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifə borcudur, görək öz işləri ilə nə vaxtsa məşğul olacaqlarmı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.