Orxan Camalın anım günüdür.

30-07-2024, 22:44           
Orxan Camalın anım günüdür.
Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim, rəssam Cahid Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın oğlu
12 noyabr 1966, Moskva – 30 iyul 2018,Mərkəzi Afrika Respublikası
Orxan Camal 1966-cı il noyabrın 12-də Moskvada doğulub. O, Rusiya paytaxtındakı Geologiya-kəşfiyyat İnstitutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, “Zdorovye” (“Sağlamlıq”) kimi məşhur teleproqramının rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş O.Camal 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası “Veçernyaya Moskva”, “Veçerniy kuryer”, “Nezavisimaya qazeta”, “Novaya qazeta”, “Versiya” kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi “qaynar nöqtələr”də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan O.Camal 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.

Jurnalist yeni minilliyin ilk gürcü-rus müharibəsini özünün “Beşgünlük müharibənin xronikası” (2008) kitabında əks etdirib.
2000-ci ildə O.Camal Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında “Tədqiqat komitəsi” jurnalist araşdırmaları Agentliyinin təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, O.Camal 2003-cü ildə “Travel” janrında ən yaxşı jurnalist adı qazanıb.

Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.
RUHU şad olsun!
TEREF
Хураман Амирасланова












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.