Ca­vid Qur­ba­nov­la Arif Əs­gə­ro­va məxsus şirkətin maddi bazasına şübhələr yaranıb

8-09-2016, 20:37           
Ca­vid Qur­ba­nov­la Arif Əs­gə­ro­va məxsus şirkətin maddi bazasına şübhələr yaranıb
"A­zər­bay­can Də­mir Yol­la­rı" Qa­pa­lı Səhm­dar Cəmiyyə­ti­nin səd­ri Ca­vid Qur­ba­nov­la bu qu­ru­mun sa­biq rəh­bə­ri Arif Əs­gə­ro­vun ai­lə üzv­lə­ri­nin or­taq biz­nes­lə­ri­nin möv­cud­lu­ğu öl­kə­nin ən star­te­ji tə­sis­ta­la­rın­dan bi­ri olan də­mir yol­la­rı­nı iki ai­lə­nin in­hi­sa­rı­na ve­ril­mə­si tə­əs­sü­ra­tı­nı ya­ra­dır.

Rəs­mi mən­bə­lər də təs­diq­lə­yir ki, Ca­vid Qur­ba­nov bu ilin ap­re­lin­də Qa­fa­ro­vu Dəl­lər stan­si­ya­sı­nın rə­i­si və­zi­fə­sin­dən azad edə­rək, hə­min pos­ta Arif Əs­gə­ro­vun üç il əv­vəl adam gül­lə­lə­yən qar­da­şı Əli Əs­gə­ro­vu tə­yin edib.

Qeyd edək ki, 31 iyul 2013-­cü il­də, o za­man "A­zər­bay­can Də­mir Yol­la­rı" QSC-­nin səd­ri olan Arif Əsgəro­vun To­vu­z rayonunda döv­lət də­mir­yol stan­si­ya­sı­nın rə­i­si olan qar­da­şı Əli Əs­gə­ro­vun bir şəx­si gül­lə­lə­di­yi və bu za­man sər­xoş və­ziy­yət­də ol­ma­sı haq­qın­da mə­lu­mat ya­yıl­mış­dı.

Hə­min mə­lu­mat mət­bu­at­da dərc olun­duq­dan son­ra Da­xi­li İş­lər Na­zir­li­yi­nin ha­di­sə ilə bağ­lı araş­dır­ma apar­dı­ğı, Arif Əs­gə­ro­vun isə qar­da­şı Əli Əs­gə­ro­vu stan­si­ya rə­i­si və­si­fə­sin­dən azad et­mə­si ba­rə­də xə­bər­lər yayıldı. İn­di be­lə an­la­şı­lır ki, hə­min mə­lu­mat­lar cə­miy­yə­tin diq­qə­ti­ni ya­yın­dır­maq və ha­di­sə­ni ört-bas­dır et­mək üçün əl­ve­riş­li im­kan qa­zan­maq məqsədi da­şı­yır­mış.

İn­di isə Ca­vid Qur­ba­nov, sər­xoş və­ziy­yət­də adam gül­lə­lə­mə­si ilə bağ­lı haq­qın­da mə­lu­mat ya­yı­lan bir şəx­si də­mir yo­lu­nun Qərb is­ti­qa­mə­tin­də əsas stan­si­ya­lar­dan bi­ri­nə rə­is tə­yin edib. Ey­ni za­man­da Ca­vid Qur­ba­nov Əli Əs­gə­ro­vun Qov­lar stan­si­ya­sın­da­kı, Vağ­zal kü­çə­sin­də­ki bir ne­çə ti­ki­li­ni ne­cə özəl­ləş­dir­di­yi­ni də araş­dır­maq is­tə­mə­yib. Bu iki fakt, öl­kə­nin ən st­ra­te­ji ob­yekt­lə­rin­dən olan də­mir yol­la­rı­nın iki ailənin in­hi­sa­rı­na ve­ril­mə­si haq­qın­da­kı tə­əs­sü­rat­la­rın əsas­sız ol­ma­dı­ğı­nı göstərir.

Ye­ri gəl­miş­kən onu da qeyd edək ki, Qov­lar şə­hər sa­kin­lə­ri hə­min Vağ­zal kü­çə­sin­də baş­qa bir obyektin - "Toğ­rul" Ti­ca­rət Mər­kə­zi­nin Arif Əs­gə­ro­vun ai­lə üzvü­lə­ri­nə məx­sus ol­du­ğu­nu bil­di­rir­lər. Qov­lar şəhərin­də olan əmək­da­şı­mı­za bu ba­rə­də yer­li sakinlər mə­lu­mat ve­rib­lər.

"A­zər­bay­can Də­mir Yol­la­rı" QSC-­nin səd­ri Ca­vid Qur­ba­no­vun Azər­bay­ca­nın İs­tan­bul­da­kı konsulluğun­da 3-­cü ka­tib vəzifəsində iş­lə­yən oğ­lu Şəm­şir Şəm­şir­li­nin sa­hib­kar­lıq fa­ə­liy­yə­ti cid­di qa­nun po­zun­tu­su ol­du­ğu ki­mi, bu qa­nun­suz biz­ne­sin özü də ha­ram pul­lar üzə­rin­də qu­ru­lub.

Bi­zi bu qə­na­ə­tə gəl­mə­yə va­dar edən mə­qam­la­rı oxu­cu­la­rın mü­za­ki­rə­si­nə təq­dim edi­rik.

Ba­kı şə­hər sa­ki­ni Emil Məm­mə­dov 18 mart 2016-­cı il­də pre­zi­dent İl­ham Əli­ye­və və Baş pro­ku­ror Za­kir Qa­ra­lo­va əri­zə ilə mü­ra­ci­ət edə­rək El­nar Arif oğ­lu Əs­gə­rov və onun xa­la­sı oğ­lu Emin İs­ma­yıl oğ­lu Hü­sey­no­vun də­lə­duz­luq əmə­lin­dən şi­ka­yət edib.

E.­Məm­mə­dov əri­zə­sin­də ya­zır ki, E.Əs­gə­rov və E.Hü­sey­nov or­taq biz­nes adı ilə on­dan al­dıq­la­rı 3,2 mil­yon ABŞ dol­la­rı­nın 700 mi­ni­ni qay­tar­sa­lar da, 2,5 mil­yon dol­la­rı­nı qay­tar­maq is­tə­mir­lər.

"A­zər­bay­can Də­mir Yol­la­rı" QSC-­nin o zamn səd­ri olan Arif Əs­gə­ro­vun oğ­lu və bal­dı­zı­nın öv­la­dı bu pulla­rı E.­Məm­mə­dov­dan də­mir yol­la­rı­nın eh­ti­ya­cı olan ma­te­ri­a­lın alın­ma­sı ilə bağ­lı El­nar Əs­gə­ro­vun şir­kət­lə­ri­nin qa­lib ol­du­ğu ten­der­lə­ri ma­liy­yə­ləş­dir­mək adı al­tın­da alıb­lar və qa­zan­ca or­taq­lıq vəd edib­lər. Son­ra­dan hə­min pu­lun 700 mi­ni­ni El­nar Əs­gə­rov şəx­sən Emil Məm­mə­do­va qay­tar­sa da, 2,5 milyonunu qay­tar­maq­dan ya­yı­nıb. Arif Əs­gə­rov nəqliy­yat na­zi­ri­nin mü­a­vi­ni tə­yin edil­dik­dən son­ra isə, El­nar Əs­gə­rov Emil Məm­mə­do­va de­yib ki, pulunu ver­mi­rəm, get, ki­mə is­tə­yir­sən, de.

Emin Hü­sey­nov isə Emil Məm­mə­dov­la söh­bə­tin­də bil­di­rib ki, on­dan alı­nan pul­la­rı xa­la­sı Ba­la­xa­tın Məm­mə­do­va­ya ve­rib­lər. Son­ra­kı araş­dır­ma­lar nəticə­sin­də E.­Məm­mə­dov­dan də­lə­duz­luq yo­lu ilə alınan pul­la­rın "A­raz ltd" MMC-­nin biz­nes şəbəkəsinin ge­niş­lən­di­ril­mə­si­nə sərf edil­di­yi qə­na­ə­ti ya­ra­nıb. İn­di be­lə çı­xır ki, Azər­bay­ca­nı Qa­ra Də­niz İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı ya­nın­da təm­sil edən və İstan­bul­da­kı kon­sul­lu­ğu­muz­da 3-­cü ka­tib iş­lə­yən Şəm­şir Şəm­şir­li­nin 32 fa­zi­lik pa­ya sa­hib ol­du­ğu "Araz ltd"-­nin mad­di ba­za­sı də­lə­duz­luq yo­lu ilə qazanı­lan pul­lar he­sa­bı­na ya­ra­dı­lıb.

Onu da nə­zə­rə al­maq la­zım­dır ki, bu, El­nar Əsgərova qar­şı ilk də­lə­duz­luq it­ti­ha­mı de­yil. Mil­li Məc­li­sin vit­se-s­pi­ke­ri ol­muş mər­hum Za­kir Zeynalovun hə­yat yol­da­şı Çim­naz Zey­na­lo­va­nın da pre­zi­dent İl­ham Əli­yev baş­da ol­maq­la rəs­mi şəxs­lə­rə ün­van­la­dı­ğı mək­tub­da Arif Əs­gə­ro­vun oğ­lu El­nar Əs­gə­ro­vun də­lə­duz­luq əməl­lə­ri ge­niş qeyd olu­nub.

Çim­naz xa­nım mü­ra­ci­ə­tin­də ya­zır­dı ki, ev­lə­ri­ni sa­tıb baş­qa bir ev al­maq is­tə­yib­lər. An­caq El­nar Əs­gə­rov mər­hum vit­se-s­pi­ke­rin oğ­lu Adi­li inan­dı­rıb ki, əl­ve­riş­li biz­nes im­ka­nı var, yax­şı pul qa­zan, evi son­ra al. Buna gö­rə də, Adil Zey­na­lov ai­lə­lə­ri­nə məx­sus pu­lu El­na­ra ve­rib. Bir müd­dət son­ra El­nar Əs­gə­rov hə­min pu­lu qay­tar­maq­dan im­ti­na edib.

Ç.Zey­na­lo­va əri­zə­sin­də mər­hum hə­yat yol­da­şı­nın döv­lət və möv­cud ha­ki­miy­yət qar­şı­sın­da xid­mət­lə­ri­ni xa­tır­la­da­raq kö­mək is­tə­yib.

Mə­lu­ma­ta gö­rə, mər­hum vit­se-s­pi­ke­rin ai­lə­si­nin üzləş­di­yi bu prob­le­mi föv­qə­la­də hal­lar na­zi­ri Kəmaləd­din Hey­də­rov həll edib.

Mə­lu­mat­da bil­di­ri­lir ki, əs­lən To­vuz ra­yo­nun­dan olan nü­fuz­lu zi­ya­lı­lar­dan bi­ri mər­hum vit­se-s­pi­ke­rin ailəsinin ba­şı­na gə­lən­lə­ri "föv­qəl­na­zir­"ə bil­di­rib və prob­le­min həl­li­nə kö­mək gös­tər­mə­yi xa­hiş edib.

Qeyd edək, mər­hum vit­se-s­pi­ker­lə Kə­ma­ləd­din Heydə­ro­vun de­pu­tat olan ata­sı Fət­tah Hey­də­ro­vun ara­sın­da sə­mi­mi mü­na­si­bət­lər olub və gö­rü­nür, bu amil də nü­fuz­lu zi­ya­lı­nın xa­hi­şi ilə ya­na­şı "föv­qəl­na­zir­"i mə­sə­lə­yə mü­da­xi­lə et­mək məc­bu­riy­yə­tin­də qo­yub.

Mə­lu­ma­ta gö­rə, K.Hey­də­ro­vun A.Əs­gə­rov­la bu mövzu­da söh­bə­ti sərt olub və bun­dan son­ra Zeynalov­lar ai­lə­si­nin pu­lu son qə­pi­yi­nə ki­mi qaytarılıb.

Onu da qeyd edək ki, bu olay El­nar Əs­gə­ro­vun adının hal­lan­dı­ğı ilk də­lə­duz­luq ha­di­sə­si de­yil. Onun adı bun­dan əv­vəl da­ha bö­yük də­lə­duz­luq əmə­lin­də - 50 sa­hib­ka­rın 70 mil­yon ma­na­tı­nı "A­zər­bay­can Dəmir Yol­la­rı" QSC-­nin mar­ke­tinq şö­bə­si­nin mü­di­ri olan xa­la­sı oğ­lu Ra­hib Hü­sey­no­vun va­si­tə­si­lə mənim­sə­mək­də hal­la­nır­dı.

Qeyd edilirdi ki, 2013-­cü ilin pre­zi­dent seç­ki­lə­ri ərəfə­sin­də mey­da­na çı­xan bu şok ola­yın müs­bət həll olun­ma­sı­na, yə­ni zə­rər­çə­kən­lə­rin pul­la­rı­nın ge­ri qayta­rıl­ma­sı­na xa­ri­ci dip­lo­mat­lar­dan bi­ri­nin döv­lət baş­çı­sı­na mü­ra­ci­ə­ti tə­sir edib.

Çox ma­raq­lı­dır ki, E.Əs­gə­ro­vun adı bir ne­çə də­fə iri məb­ləğ­li də­lə­duz­luq əmə­lin­də çə­kil­sə də, hü­quq-müha­fi­zə or­qan­la­rı onu ci­na­yə­tə cəlb et­mə­yib­lər. Bu isə sı­ra­dan bir mə­mur oğ­lu­nun qa­nun­lar­dan üs­tün ol­ma­sı və hü­quq-­mü­ha­fi­zə or­qan­la­rı­nın mə­mur övlad­la­rı­na qar­şı güc­süz ol­ma­sı tə­əs­sü­ra­tı­nı ya­ra­dır. Əl­bət­tə ki, be­lə ol­duq­da, Ca­vid Qur­ba­no­vun diplomat oğ­lu­nun da El­nar Əs­gə­ro­vun ana­sı Balaxatın Məm­mə­do­va ilə or­taq­lı­ğı tə­əc­cüb­lü görünmə­mə­li­dir.

Şəm­şir Şəm­şir­li­nin isə ad­la­rı bir ne­çə də­fə də­lə­duz­luq əmə­lin­də hal­lan­mış El­nar Əs­gə­rov, Emin və Rahib Hü­sey­nov qar­daş­la­rı ilə çox ya­xın münasibətlə­ri­nin ol­ma­sı haq­qın­da mə­lu­mat­lar var. Mə­lu­mat­lı şəxs Şəm­şir­li­nin dip­lo­ma­tik fə­a­liy­yə­tə baş­la­maz­dan ön­cə tez-­tez El­nar Əs­gə­rov­la bir­lik­də Rahib Hü­sey­no­vun ba­ğın­da təş­kil olu­nan zi­ya­fət­lər­də və ge­cə­lər­də gö­rün­dü­yü­nü bil­di­rir. Be­lə­lik­lə, Şəm­şir­li­nin "A­raz ltd" MMC-­də­ki or­taq­lı­ğı yal­nız C.­Qur­ba­nov­la A.Əs­gə­rov ara­sın­da­kı iş­bir­li­yi­nin nə­ti­cə­si de­yil.

İn­di isə öl­kə­nin ay­rı­-ay­rı böl­gə­lə­rin­dən və­tən­daş­lar xa­ri­ci iş­lər na­zi­ri El­mar Məm­məd­ya­ro­va mü­ra­ci­ət edə­rək Ş.­Şəm­şir­li­nin dip­lo­ma­tik fə­a­liy­yə­ti­nin ha­zır­kı və­ziy­yət­də yol­ve­ril­məz­li­yi­nə mün­si­bət bil­dir­mə­si­ni istə­yir­lər.

Reyting.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru