Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaqlar

9-09-2016, 20:17           
Şəhid ailələrinin üzvləri kolleclərdə və AMEA-nın magistraturasında pulsuz oxuyacaqlar
Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunurlar.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 3-cü (Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları) maddəsinə əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərini təhsil haqqını ödəməkdən azad olunurlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru