Ziya Məmmədov və oğlunun FETÖ ilə əlaqəsinin ŞOK GİZLİNLƏRİ
9-09-2016, 21:57
Nəqliyyat naziri Türkiyədən dəstək gözləyirdi, amma indi təhlükə ilə üz-üzədir. Nəqliyyat naziri Ziya Məmmədov və öğlu Anar Məmmədov çətin duruma düşüb. Bu barədə şok iddialarla çıxış edən mənbənin məlumatında deyilir ki, Türkiyədə fəaliyyət göstərən və Fətullah Gülənə yaxınlığı ilə seçilən Türk-Amerikan Alyansı ilə Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansı ciddi işbirliyindədir.
Bundan başqa, Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bağlanan “Qafqaz” Universitetinin bəzi layihələrinin maliyyələşməsində Anar Məmmədovun böyük rol oynadığı üzə çıxıb. Ziya Məmmədov London taksilərinin ilkin idarəçiliyini də Gülənə yaxın şəxslərdən birinə tapşırıb. Söhbət “Baku Taxi Company”nin sabiq rəhbəri Ilqar Qasımovdan gedir. Qeyd edək ki, bir neçə il bundan əvvəl hakimiyyət daxilində “nurçu qalmaqalı” yaşananda Ziya Məmmədov onu işdən çıxarıb. O zaman yayılan məlumatlarda da Ilqar Qasımovun işdən çıxarılması “gülənçilər”lə bağlı olması ilə izah edildi. Məmmədovlar "FETÖ İşi"ndən canlarını qurtarmaq üçün İlqar Qasımovu rasxoda verməklə özlərini və vəzifələrini hələlik sğortalaya bildilər.
Ajantv.com-un əldə etdiyi bir digər məlumatda isə bildirilir ki, həmin vaxtda oda iddia edilirdi ki, nazirin köməkçisi Ziya Əliyev də “gülənçilər”lə əlaqəlidir. İddialara görə Binəli Yıldırım Türkiyənin baş naziri təyin ediləndə Ziya Məmmədov hökumətdəki əvvəlki nüfuzunu bərpa edəcəyinə ümid edirdi. “Çünki Türkiyənin baş naziri ilə Ziya Məmmədov arasında sıcaq münasibətlər və ailəvi yaxınlıq olduğuda deyilirdi. Təsadüfi deyil ki, Binəli Yıldırım Azərbaycana səfər edərkən Ziya Məmmədovla xüsusi olaraq görüşmüşdü. Ziya Məmmədov hesab edirdi ki, Türkiyə hakimiyyətinin dəstəyilə itirmiş nfuzunu yenidən bərpa edə bilər. Lakin nazirin adının ”gülənçilər”lə hallanması ona böyük zərbədir”, – deyə mənbə onuda əlavə edir. Bundan başqa Anar Məmmədov İngiltərədə oxuması da FETÖ - nun Azərbaycandakı önəmli adamlarından biri məsləhət görüb və oğul Məmmədovun gələcəkdə onlara gərəkli olmasınıda zarafatyana bildirib. Deyilənlərə görə, A. Məmmədov Gülən örgütünün Azərbaycanda olan ən önəmli simalarından sayılır. Belə bir iddianı israrla qeyd edən mənbə Məmmədov klanıyla bağlı ölkədə sensasiya yarada biləcək bilgilərin olduğunuda söyləyir. Həmin iddiada çox ciddi detalların olduğunu nəzərə alıb araşdırmalar aparmağımıza qərar verdik. Şok yarada biləcək həmin məlumatlar dəqiqliyi ilə araşdırılandan sonra oxuculara təqdim etməyə çalışacağıq. Bizi izləyin
Qarşı tərəfidə dinləməyə hazırıq.
teref.az