Mikayıl Cabbarovdan gözlənilməz kadr -TƏYİNATI...

10-09-2016, 09:40           
Mikayıl Cabbarovdan gözlənilməz kadr -TƏYİNATI...
Təhsil naziri Mikayıl Cabbarov etdiyi kadr təyinatları ilə cəmiyyəti təəccübləndirməkdə davam edir. Nazir fəaliyyətləri dövründə neqativ baxımdan ad çıxarmış kollec direktorlarının əksəriyyətini işdən çıxara bilmədi, çıxardıqlarını isə başqa kolleclərə direktor təyin etdi. İndi işlərinin yaxşı getmədiyini duyan Mikayıl müəllim Misir Mərdanovun kadrlarından istifadə etmək qərarına gəlib.
Nazir Qafqaz Universitetində “Təhsil müəssisələri ilə iş şöbəsi”nin müdiri Vidadi Bağırovu Təhsil Nazirliyində sektor müdiri təyin edib. Vidadi Bağırov uzun illər Sumqayıt Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Qafqaz Universitetində şöbə müdiri vəzifəsini tutan Vidadi Bağırovun bu universitetin rəhbərliyi ilə yaxın münasibətləri olub. Bu da Fətullah Gülənin rəhbərlik etdiyi qurumdakı şəxslərin artıq Təhsil Nazirliyinə də ayaq açmalarından xəbər verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru