Fəzail İbrahimlinin görüşünə büdcə təşkilatlarının işçiləri gətirilib - Fotolar

15-08-2024, 18:12           
Fəzail İbrahimlinin görüşünə büdcə təşkilatlarının işçiləri gətirilib - Fotolar
73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Fəzail İbrahimlinin seçicilərlə görüşünə büdcə təşkilatlarının əməkdaşları gətirilib. Anaxeber.info məlumat verir ki, bu barədə sosial şəbəkədə fotolar yayılıb. Bildirilib ki, F.İbrahimlinin görüşü yerli icra strukturları tərəfindən təşkil olunub və idarə-müəssisələrin işçiləri görüşdə seçici kimi iştirak etmək üçün zala gətiriliblər. Bu isə Seçki Məcəlləsinə zidd sayılır və seçicilərin görüşlərə təşviqi zamanı büdcə təşkilatlarının işçilərindən inzibati resurs kimi istifadə oluna bilməz.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru