ATƏT-in həmsədri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən danışdı

12-09-2016, 00:00           

ATƏT-in həmsədri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən danışdı

“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj SarqsyanNyu-Yorkda görüşə bilər”.

teref.az yazır ki,ə Reportun verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “İnterfax”a müsahibəsində buna ümid etdiyini bildirib.

Həmsədr iki ölkə prezidenti arasında yeni görüşün təşkil edilməsi ilə bağlı hər hansı bir planın olmasına dair sualı belə cavablandırıb:

“Planlar var, ancaq heç bir konkretlik yoxdur. Biz prezidentlərin yeni görüşünün keçirilməsini istəyirik, lakin hələ nə vaxtla bağlı, nə də bunun harada keçirilməsi ilə bağlı açıq-aşkar bir fikir yoxdur.

Biz həmsədrlər olaraq növbəti sammitin təməlini qoymaq üçün xarici işlər nazirləri ilə görüşəcəyik.

Hər iki naziri BMT Baş Assambleyasının sessiyası zamanı növbəti addımları müzakirə etmək üçün iki həftədən sonra Nyu-Yorkda görəcəyimizə ümid edirik. Ümid etmək istərdim ki, orada iki prezidentin də görüşü baş tutacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru