Siyavuş Novruzov: "Mitinq keçirənlər buna görə xarici təşkilatlardan maliyyə alırlar"

12-09-2016, 00:05           


teref.az APA-ya istinadən xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib: "Milli Şuranın mitinqinə bu quruma daxil olan partiya rəhbərlərinin qohum-əqrəbası yığışıb. Onlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər".

S.Novruzovun sözlərinə görə, onlar xarici təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var: "Və buna görə həmin təşkilatlardan maliyyə alırlar".

Qeyd edək ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru