Cahangir Hacıyevin mühafizəçilərinin adına ayrılan milyonlar - ticarət, gözəllik, istirahət mərkəzlərinə xərclənən pullar
14-09-2016, 12:44
Azərbaycan Beynəlxalaq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev və onunla birgə təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Musavat.com xəbər verir ki, C.Hacıyev və onun yaxın adamları mütəşəkkil dəstə yaratmaqla, vəzifə səlahiyyətlərini aşmaqla dövlət büdcəsindən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar. Ayrı-ayrı şəxslərin adına bankın müxtəlif filiallarından milyonlarla manat dəyərində nağd şəkildə və plastik kartlar vasitəsi ilə pullar çıxarılıb. Adına kredit yazılan şəxslər ya C.Hacyevin ailə üzvləri və dostları, ya da bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin işçiləri olub. Həmin MMC-yə də C.Hacıyevin yaxın adamı İbrahim Hüseynov rəhbərlik edib. Adına kredit götürülən şirkət işçiləri götürülən puldan xəbərsiz olublar. Onlar bunu istintaqa və məhkəməyə verdikləri ifadaələrində də təsdiq ediblər.
Musavat.com “Beynəlxalq Bank işi” ilə bağlı açılan cinayət işində adına kredit götürülən şəxslərin dəqiq siyahısını əldə edib. Onlar “İnter Security” MMC-nin işçiləri, C.Hacıyevin sürücüsü, mühafizəçisi, ailə üzvləri və onun yaxın dostlarıdır.
Həmin siyahını təqdim edirik:
“İnter Security” MMC-nin adına kredit götürülən işçiləri
Əliyev Ələkbər Cəlil oğlunun adına 300.000 dollar;
Fətullayev Rasim Fərmayıl oğlunun adına 505.050 dollar;
Qurbanov İsgəndər Vaqif oğlunun adına 510.105 dollar;
İsmayılov Tərlan Balakişi oğlunun adına 500.000 dollar;
Balayev Anar Ağamusa oğlunun adına 476.300 dollar;
Hacıyev Rahib Səfəralı oğlunun adına 440.000 dollar;
Kərimov Ruslan Kərim oğlunun adına 450.000 dollar;
Hacıyev Rasim Səfəralı oğlunun adına 410.000 dollar;
Xəlilov Zaur Sahib oğlunun adına 420.000 dollar;
Zamanov Natiq Nizami oğlunun adına 430.000 dollar;
Qurbanov Telman Məmmədəli oğlunun adına 306.100 dollar;
Abbasov Emin Əvəz oğlunun adına 300.000 və 606.100 dollar;
Əlicanov Fikrət Balabəy oğlunun adına 265.000 dollar;
Soltəliyev Zaur Nüsrəddin oğlunun adına 970.000 manat;
Babayev Əsgər Firudin oğlunun adına 865.650 manat;
Axundov Xəqani Mahmud oğlunun adına 835.800 manat;
Məhərrəmov Ramil Şükür oğlunun adına 815.900 manat;
Həsənov Xəyyam Nazim oğlunun adına 905.460 manat;
Quliyev Namiq Arif oğlunun adına 915.410 manat;
Mahmudov Şaiq Əli oğlunun adına 885.560 manat;
Əliyev Rakif Həsən oğlunun adına 726.350 manat;
Ağarəhimov Fikrət Muxtar oğlunun adına 885.550 manat;
Bağırov Vüqar Səttar oğlunun adına 925.350 manat;
Xanlarov Orxan İslam oğlunun adına 895.520 manat;
Yaqubov Ülvi Hüseyn oğlunun adına 955.220 manat;
Sadıqov Vüqar Əlixan oğlunun adına 945.270 manat;
Xudiyev Hüseynağa Altay oğlunun adına 895.500 manat;
Hüseynov Rauf Həsənalı oğlunun adına 1.830.800 manat;
Paşayev Nəriman Nizamiyeviçin adına 925.350 manat;
Allahyarov Mövsüm Vaqif oğlunun adına 1.830.800 manat;
Məhərrəmov Ramil Şükür oğlunun adına 481.323 manat;
Sadıqov Vüqar Əlixan oğlunun adına 550.844 manat;
Babayev Əsgər Firudin oğlunun adına 564.744 manat;
Axundov Xəqani Mahmud oğlunun adına 531.472 manat;
Bayramov İlqar Höküm oğlunun adına 1.000.036 manat;
Şıxnəbiyev Rövşən Seyidməhəmməd oğlunun adına 1.000.000 manat;
Məmmədrzayev Rövşən Telman oğlunun adına 1.000.000 manat;
Sultanov Orxan Məhsim oğlunun adına 1.250.000 manat;
Nəsibov Nəsib Nafik oğlunun adına 1.250.000 manat;
Qaytaranlı Orxan Əlqəmə oğlunun adına 1.250.000 manat;
Mahmudov Müşfiq Əli oğlunun adına 1.250.048 manat;
Musayev Ramil Musa oğlunun adına 324.520 manat;
Yuxarəda adlarını qeyd etdiyimiz şəxslərə ayrılan kreditlərlə bağlı C.hacıyevin vəkilləri məhkəmədə bildiriblər ki, bu pullar müxtəlif layihələrin icrasına ayrılıb və onların 80 faizə qədəri ödənilib.
Növbəti şəxslər isə “Beynəlxalq Bank işi”nə görə təqsirləndirilən, Bakı Fındıq Emalı Zavodunun direktoru olmuş, C.Hacıyevin tələbə yoldaşı Azad Cavadovun ailə üzvləri və dostları olub.
A.Cavadovun yaxınlarının adına ayrılan kreditlər;
Arvadı Həsənova Nailə Əlibala qızının adına 750.000 manat;
Qayınanası Həsənova Emma Müzəffər qızının adına 816.556 manat;
A.Cavadovun tanışı Əliyev Samir Əli oğlunun adına 780.700 manat;
Azad Cavadovun digər tanışları Tağıyev Babək Qəşəm oğlunun adına 750.000 manat;
Cavadov Tofiq Cavad oğlunun adına 750.000 manat;
Məmiyev Emin Arif oğlunun adına 750.000 manat;
Mehdiyev Rasim Ramiz oğlunun adına 750.000 manat;
Dostu Hüseynov İbrahim Əziz oğlunun adına 757.500 manat;
İ.Hüseynovun arvadı Hüseynova Kamilə Firuddin qızının adına 757.500 manat;
Azad Cavadovun sürücüsü Şahbazov Rauf Rafiq oğlunun adına da 750.024 manat;
Cahangir Hacıyevin yaxınlarına ayrılan kreditlər:
Sürücüsü Mehdiyev Aydın Həsən oğlunun adına 11.928.000 dollar;
Ümumilikdə bankdan 49 nəfərin adına 53 halda kredit rəsmiləşdirilib, 17.240.555 dollar və 33.253.907 manat kredit ayrılıb.
Nağd kreditlərlə yanaşı C.Hacıyevin ailə üzvlərinin adına plastik kartlar açılıb. Açılan hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 30.628.727 dollar və 9.368.007 avro, 3.433.931 ingilis funt sterlinq, eləcə də 8.616.062 manat mənimsənilib.
Arvadı Hacıyeva Zamirə Şirəli qızının adına açılmış hesablar üzrə 10 ədəd plastik kartlar vasitəsi 13.556.279 dollar, 2.793.872 avro, eləcə də 4.600.068 manat;
Ögey qızı Mahmudova Leyla Şirəli qızının adına açılmış hesablar üzrə 2 ədəd plastik kartlar vasitəsi 449.192 dollar;
Bank “MBA Moskva” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı İbrahimov Cəmil Urfatoviçin adına açılmış hesab üzrə 1 ədəd plastik kart vasitəsi 14.155.31 dollar;
“İnter Tekstil” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Ağayev İbrahim Məhəmməd oğlu və Bağırov Zahid İlham oğlunun adlarına açılmış hesablar üzrə 1ədəd plastik kartlar vasitəsi ilə 15.759.662 və 15.657.949 ABŞ dollar;
Şəxsi sürücüsü Mehdiyev Aydın Həsən oğlunun adına nağd kreditdən əlavə açılmış hesablar üzrə 3 ədəd plastik kartlar vasitəsi ilə 32.991.022 dollar, 18.730.000 avro, eləcə də 10.859.802 manat;
Şəxsi mühafizəçisi Makovski Aleksey Anatolyeviçin adına açılmış hesablar üzrə 4 ədəd plastik kart vasitəsi ilə 1.064.226 ABŞ dolları, 153.899 avro;
Şəxsi mühafizəçisi Sidorenko Vladimir Borisoviçin adına açılmış hesablar üzrə 4 ədəd plastik kartlar vasitəsi 2.985.269 ABŞ dolları,1.268.653 avro pul ayrılıb.
Onu da əlavə edək ki, hazırda davam edən məhkəmə prosesinə şahid qismində çağırılan 6 nəfər gəlməyib. Onların məcburi şəkildə məhkəmə gəririlməsi ilə bağlı qərar qəbul edilib. 6 nəfərdən ikisi adları çəkilən mühafizəçilər, ikisi C.Hacıyevin qızı və xanımıdır. Digər iki şahidin kimliyi isə hələ ki, məlum deyil.
İtiham aktında qeyd edilir ki, həmin kart hesablarından Azərbaycan və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, bankın mərkəzi filialının və “Bank “MBA-Moskva” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də POS terminallar vasitəsi ilə və internet üzərindən, habelə özünün və ailə üzvlərinin təyayrə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyaların alınması, təhsil haqqı xərclərinin ödənilməsi, ABŞ və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün özü, arvadı Zamirə Hacıyeva və qeyriləri tərəfindən aparılan əməliyyatlar nəticəsində ona etibar edilmiş külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəyiblər.
Bunlardan əlavə, Bankdan C.Hacıyevin yaxınlarına məxsus “Mekon” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 4.500.000 manat
“Elit Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyətinin paylarının alınması üçün “Uni Oil” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 5.350.000 manat məbləğində pul ayrılıb.
Bununla da, Hacıyev Cahangir Fevzi oğlu Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 308.2, 309.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədib.
Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin şəxslər 211 milyon manat pulu mənimsəməkdə təqsirli bilinirlər.
Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynovun barələrində həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.