MTN generallarının “AA“ seriyalı avtomobil sevdası

14-09-2016, 12:49           
MTN generallarının “AA“ seriyalı avtomobil sevdası
Məşhur “MTN işi”ndən sonra sabiq nazir Eldar Mahmudovun rəhbərliyi altında çalışan generalların bir qisminin həbs edilməsi, digərlərinin isə vəzifədən uzaqlaşdırılması baş verdi.

Hansı ki, ilkin mərhələdə məsuliyyətə cəlb edilməyən azadlıqdakı generalların, o cümlədən E.Mahmudovun özünün də qısa zamanda cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilirdi ki, bu ehtimalların heç biri özünü doğrultmadı...

Bu günlərdə isə özəl mənbədən Moderator.az-a daxil olan məlumata görə, MTN-nin azadlıqdakı generallarının demək olar ki, hamısı hələ də MTN dönəmində olduğu kimi “AA” seriyalı avtomobillərdən istifadə edir.

Mənbənin sözlərinə görə, “AA” seriyalı avtomobildən istifadə edən sabiq generallardan biri də MTN-in İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevdir. Belə ki, sabiq MTN generalı “AA” seriyalı avtomobillə vaxtaşırı Novxanı çimərliyi yaxınlığında, çoxsaylı kameralar tərəfindən texniki mühafizə altına alınan villasına gəlib-gedir.

MTN-nin azadlıqda olan digər generalları da nümayişkaranə şəkildə “AA” seriyalı avtomobillərdən istifadə edir ki, bu da cəmiyyətdə sözügedən şəxslərin hələ də toxunulmaz olması ilə bağlı şübhələrə yol açır. Bundan başqa, sabiq generalların hələ də “AA” seriyalı avtomobillərdən istifadə etməsi yalnız sadə adamlarda deyil, MTN tərəfindən pulu əlindən alınan bir sıra iş adamı və məmurlarda da təşviş yaradır. Onlar hesab edir ki, bunca baş verənlərdən sonra sabiq generalların hələ də “AA” seriyalı avtomobillərdən istifadə etməsi onların ciddi dairələr tərəfindən himayə olunduğunu göstərir. Bu isə o anlama gəlir ki, bu gün həmin generallara bağlı “arzuedilməz mövqe” ortaya qoyan şəxslərin gələcəkdə buna görə cəzalanmaq təhlükəsi mövcud ola bilər...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.