Nikol Paşinyan noyabrda Bakıya gəlib-gəlməyəcəyi barədə sualı cavablandırdı

1-09-2024, 11:08           
Nikol Paşinyan noyabrda Bakıya gəlib-gəlməyəcəyi barədə sualı cavablandırdı
Ermənistanın Baş naziri Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirakı ilə bağlı məsələyə aydınlıq gətirib.
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında iştirakım həmin dövrdə formalaşacaq vəziyyətlə əlaqəli olacaq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O hələ bu barədə yekun qərar vermədiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici jurnalistlərə bildirib ki, İrəvana rəsmi dəvət göndərilib.
"Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib". O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar "Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır". "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır" - H.Hacıyev vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.